“Optimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az və www.optimal.az linkinə tıklaya bilərsiniz.
“Optimal Elektronika” MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.
Niyə məhz Optimal?
– Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
– Pozitivlik bizim ən böyük uğurumuzdur!
– Kreativ ideyaları yaradırıq!
– İstedadlı gənclərə yol açırıq!
“Optimal Elektronika” MMC Kredit Departamentində Təcrübə Proqramını açıq elan edir.
Tələblər:
Ali təhsil müəssissini yeni bitirməlidir. (Maliyyə, kredit ixtisası üzrə);
Azərbaycan dilində səlist yazmaq və danışmaq bacarığı olmalıdır;
İnkişafa meylli olmalıdır;
Microsoft Office proqramlarını yaxşı bilməlidir.
Biz Sizə təklif edirik;
Karyera inkişafı;
Əmək Məcəlləsinə əsasən rəsmiləşmə;
6 günlük iş rejimi;
Şirkət hesabına nahar;
Ödənişli təcrübə proqramından fayadalanma imkanı.
Maraqlanan şəxslər CV-lərini müvzu yerində “Kredit Departamentində Təcrübəçi” qeyd etməklə, [email protected] ünvanına göndərə bilərlər.
Son tarix: 30.07.2019
İşin aid olduğu sahə
Kateqoriya | Təcrübə proqramları |