Vəzifə: Kredit İdarəsinin Fond və maliyyə təşkilatlarının kreditləri ilə iş şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
Bankda Kredit sahəsində (Biznes və Fond kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
Stressə davamlılıq və komandada işləmə bacarığı;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.
İŞİN TƏSVİRİ:
Bankın əməkdaşlıq etdiyi Fondların elektron sistemləri üzrə işlərin aparılması;
Bankın əməkdaşlıq etdiyi Fond kreditləri üzrə Kredit İdarəsinə daxil olmuş müraciətlərin təhlili;
Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
Bankın kredit əməliyyatlarını maliyyələşdirən dövlət təşkilatları, xarici banklar, beynəlxalq maliyyə təşkilatları, ixrac agentlikləri, Azərbaycan Respublikası qeyri-dövlət maliyyə təşkilatları və digər təşkilatlarla əməkdaşlıq edilməsi, danışıqların aparılması, müxtəlif layihələrin hazırlanmasında iştirak, daxil olmuş sorğular əsasında lazımi sənədlərin hazırlanması və onlara təqdim olunması;
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun, Sahibkarlığın İnkişafı Fondunun və Bankın Daxili İpoteka məhsulları üzrə filialların kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |