14 C
Baku
Wednesday, May 15, 2024

Kredit İdarəsinin Fond və maliyyə təşkilatlarının kreditləri ilə iş şöbəsinin mütəxəssisi – Xalq Bank

0
Kredit İdarəsinin Fond və maliyyə təşkilatlarının kreditləri ilə iş şöbəsinin mütəxəssisi – Xalq Bank
27.01.2020

Vəzifə: Kredit İdarəsinin Fond və maliyyə təşkilatlarının kreditləri ilə iş şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
 Bankda Kredit sahəsində (Biznes və Fond kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
 Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
 Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
 Stressə davamlılıq və komandada işləmə bacarığı;
 Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
 Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.

İŞİN TƏSVİRİ:

 Bankın əməkdaşlıq etdiyi Fondların elektron sistemləri üzrə işlərin aparılması;
 Bankın əməkdaşlıq etdiyi Fond kreditləri üzrə Kredit İdarəsinə daxil olmuş müraciətlərin təhlili;
 Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
 Bankın kredit əməliyyatlarını maliyyələşdirən dövlət təşkilatları, xarici banklar, beynəlxalq maliyyə təşkilatları, ixrac agentlikləri, Azərbaycan Respublikası qeyri-dövlət maliyyə təşkilatları və digər təşkilatlarla əməkdaşlıq edilməsi, danışıqların aparılması, müxtəlif layihələrin hazırlanmasında iştirak, daxil olmuş sorğular əsasında lazımi sənədlərin hazırlanması və onlara təqdim olunması;
 Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun, Sahibkarlığın İnkişafı Fondunun və Bankın Daxili İpoteka məhsulları üzrə filialların kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
 Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi