Gəncə
20.04.2023
Vakansiyanın təsviri
- İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Gəncə şəhəri.
- Kredit verilməzdən əvvəl kreditə aid zəruri sənədlərin toplanmasını təmin etmək;
- Müştəri müraciəti zamanı bütün müvafiq sənədlərin düzgünlüyünü və etibarlılığını yoxlamaq;
- Müştərinin müraciət formasının qaydalara uyğun, tam və düzgün doldurulmasını yoxlamaq;
- Müsbət qərar verilmiş kredit müraciətlərinin müvafiq bankdaxili sistemə əlavə edilməsini icra etmək;
- Kredit sənədlərinin arxivləşdirilməsini həyata keçirmək.
Xüsusi tələblər
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
Müraciət etmək üçün: [email protected]