19 C
Baku
Sunday, May 19, 2024

Maliyyə dayanıqlığına nəzarət şöbəsi \ Mütəxəssis – Mərkəzi Bank

0
Maliyyə dayanıqlığına nəzarət şöbəsi \ Mütəxəssis – Mərkəzi Bank
Bakı
20.04.2023

Vakansiyanın təsviri

  • Sığortaçılar və təkrarsığortaçılar tərəfindən təqdim edilən maliyyə hesabatları və fəaliyyətləri ilə bağlı sair hesabatları toplayır, təhlil edir və digər nəzarət məlumatları da nəzərə alınmaqla sığortaçıların və təkrarsığortaçıların qanunvericiliyin və normativ xarakterli aktların tələblərinə riayət etməsinə nəzarət edir;
  • Təqdim edilmiş hesabatlar üzrə sığorta ehtiyatlarının formalaşdırılmasının, həmçinin sığorta tariflərinin hesablanmasının düzgünlüyünün yoxlanmasını həyata keçirir;
  • Təsdiq olunmuş yoxlama qrafikinə uyğun olaraq sığortaçılarda və təkrarsığortaçılarda səyyar yoxlamalarda iştirak edir;
  • Nəzarət subyektlərinə müvafiq göstərişlər və tapşırıqların verilməsi, habelə nəzarət nəticələrinə əsasən sığorta qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak edir;
  • Sığorta üzrə beynəlxalq təcrübənin araşdırılmasını həyata keçirir;
  • Sığorta bazarının ümumi təhlilində və diaqnostikasında, həmçinin rəhbərliyə hesabatların hazırlanmasında iştirak edir;
  • Nəzarətin optimallaşdırılması baxımından prudensial normativlərin, tələblərin və hesabatların təkmilləşdirilməsində iştirak edir;
  • Sığorta Nəzarəti Sisteminin əməliyyat inzibatçılığını həyata keçirir.
  • Test mövzuları Sığorta qanunvericiliyi
  • Riyazi statistika və riyazi modelləşdirmə
  • Riyaziyyat
  • Məntiq
  • Maliyyə hesabatlarının beynəlxalq standartları
  • Mühasibat uçotu
  • Ümumi kompüter bilikləri
  • İngilis dili

Xüsusi tələblər

  • Təhsil Riyaziyyat Ali təhsil ,Maliyyə Ali təhsil ,İqtisadiyyat Ali təhsil
  • Risklərin idarə olunması üzrə biliklər Yaxşı səviyyədə
  • Maliyyə üzrə biliklər Yaxşı səviyyədə
  • Ümumi iqtisadiyyat və bankçılıq üzrə biliklər Yaxşı səviyyədə
  • Təcrübə Müvafiq sahədə (Aktuari, Maliyyə və İqtisadiyyat) 2 il
  • Dil bacarığı Azərbaycan dili Əla səviyyədə ,İngilis dili Yaxşı səviyyədə ,Rus dili Arzuolunandır
  • Kompüter bacarığı
  • MS Office proqramları Yüksək səviyyədə
  • Sertifikatlar Məsul aktuari şəhadətnaməsi Mütləqdir
  • Davranış kompetensiyaları
  • Analitik düşüncə
  • Liderlik qabiliyyətləri
  • Məsuliyyətlilik
  • Strateji düşüncə
  • Stressə dözümlülük
  • Təqdimat bacarıqları
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma və komandada işləmə
Müraciət üçün (CV)https://www.cbar.az/hr/f?p=100:106

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi