9 C
Baku
Thursday, December 12, 2024

Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis/mütəxəssisi – Yelo Bank

0
Bakı
25.02.2021

İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda İnzibatlaşdırma və Ödənişlər departamentinin Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis/mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Siz elektron poçtun “mövzu” yerinə “Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.yelo.az

Struktur: İnzibatlaşdırma və Ödənişlər departamenti
Vəzifə: Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis/mütəxəssisi
Bilavasitə tabeçiliyi: Departament rəhbəri

Vəzifə öhdəlikləri:

• Kreditlər üzrə məlumatların Bankın daxili əməliyyat sisteminə daxil edilməsi, qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək kreditin rəsmiləşdirilməsi;
• Cari kreditlərin restrukturizasiyası ilə bağlı təqdim olunan sənədlərin yoxlanılması və müqavilələrin hazırlanması;
• Kredit verilməsi ilə əlaqədar hüquqi, fiziki şəxslər və fərdi sahibkarlara hesabların açılması;
• Tələb olunan sənədlər siyahısına əsasən kredit dosyesinin dolğunluğuna nəzarət və daxili prosedura əsasən arxivləşdirilməsi;
• Kreditlərin rəsmiləşdirilməsi prosesini Bankın daxili normativ sənədləri, müvafiq prosedur və qaydaların tələblərinə əsasən icra etməsi;
• Şöbənin funksiyalarından və daxili normativ sənədlərin tələblərindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər:

• Orta peşə və ya ali təhsil;
• Kreditin rəsmiləşdirilməsi üzrə təcrübə arzu olunandır;
• Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı;
• Ofis avadanlığın (printer, skaner və s.) istifadəsi bacarığı;
• Verilən tapşırıqları tez və yüksək keyfiyyətlə yerinə yetirmə bacarığı.

İş müddətində əldə edəcəksiniz:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək haqqı və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi