20 C
Baku
Wednesday, May 29, 2024

Kredit mütəxəssisi (Bakı filialı) – Naxçıvanbank

0
Kredit mütəxəssisi (Bakı filialı) – Naxçıvanbank
Bakı
07.02.2022

Vəzifə öhdəlikləri və tələbləri

Bakı filialı – Kredit mütəxəssisi

Öhdəliklər:

  • Bankın kredit məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışının həyata keçirilməsi;
  • Korporativ müştərilərin cəlb edilməsi;
  •  Kredit təhlili üzrə məlumatların yığılması, bankdaxili qaydalara uyğun olaraq qiymətləndirilməsi və memorandumun yazılması;
  • Kredit ödənişlərinə nəzarət edilməsi;
  •  Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqinin aparılması;
  • Kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ona həvalə edilən digər vəzifələrin həyata keçirilməsi.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dili biliyi arzuolunandır) ;
  • Təhliletmə qabiliyyəti;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Təqdimetmə və satış bacarığı;
  • Monitorinq və nəzarət etmə bacarığı
  • Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər;
  • Kompyuterdə, MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
  • Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd etməklə (nümunə: Naxçıvanbank Bakı filialı – Kredit mütəxəssisi) [email protected] elektron poçt ünvanına göndərməsini xahiş edirik.

Müsabiqədə Bakı şəhəri ərazisində və ona yaxın bölgələrdə yaşayan şəxslərə üstünlük verilir.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

 

 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Kredit işçisi