Kredit mütəxəssisi – “İnternational” ASC

0
Kredit mütəxəssisi – “İnternational” ASC
Astara, Bakı, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı
13.05.2026

“İnternational” ASC – Kredit mütəxəssisi üzrə vakansiya
Maliyyə sektorunda fəaliyyət göstərən “İnternational” ASC Bakı şəhəri və region Biləsuvar, Cəlilabad, Masallı, Lənkaran və Astara  filialları üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Satış sahəsində karyera qurmaq və maliyyə sektorunda inkişaf etmək istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

I Kateqoriya: Ödənişli Təcrübə Proqramı (Təcrübəsiz namizədlər üçün)
Kredit sahəsində təcrübəsi olmayan, lakin bu sahədə inkişaf etmək istəyən namizədlər üçün xüsusi proqram.
Təklif edirik:
Ödənişli təcrübə proqramı
Əmək haqqı: 200 AZN + 400 AZN bonus
Praktiki təlim və real iş mühiti
Uğurlu nəticə göstərən namizədlər üçün daimi iş imkanı

II Kateqoriya: Kredit mütəxəssisi (Təcrübəli namizədlər üçün)
Əsas vəzifələr:
Aktiv satışın təşkili və yeni müştərilərin cəlb edilməsi
Kredit portfelinin idarə olunması və keyfiyyətinə nəzarət
Müştəri müraciətlərinin qəbulu, təhlili və rəsmiləşdirilməsi
Kredit komitəsinə təqdimatların hazırlanması
Müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması
Kredit sənədlərinin düzgün və vaxtında hazırlanması
Yeni məhsul və satış təşəbbüsləri ilə çıxış etmək
Təklif edirik:
Başlanğıc əmək haqqı: 400 – 800 AZN
Bonus sistemi: 800 – 1600 AZN
Karyera yüksəlişi imkanları
Peşəkar və dinamik iş mühiti

Ümumi tələblər:
Ali və ya natamam ali təhsil
Yüksək ünsiyyət və satış bacarıqları
Komanda ilə və fərdi işləmə qabiliyyəti
Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excel)
Bank, BOKT və ya lombard sahəsində təcrübəsi olanlara üstünlük verilir
Cins: kişi (arzuolunandır)

İş şəraiti:
İş günləri: I – V günlər
İş saatı: 09:00 – 18:00
Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza

Müraciət qaydası:
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri filialı qeyd etməklə
“Kredit üzrə mütəxəssis” başlığı altında
📧 vakansiya@icu.az elektron ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi