10 C
Baku
Friday, December 13, 2024

Kredit risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi – TuranBank

0
Kredit risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi – TuranBank
26.08.2019
İş barədə məlumat

– Kredit reytinq və skorinq sistemlərinin fəaliyyətini qiymətləndirilməsində (nəzarətdə) iştirak etmək 
– Risk Xəritəsinin hazırlanmasında iştirak etmək 
– Kredit risklərinin müəyyənləşdirilməsi və ölçülməsində iştirak etmək, müvafiq təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək 
– Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və portfelin idarə edilməsi üzrə qabaqcıl təcrübə və metodlardan istifadə edilməsi və hesabatların hazırlanması
– Müvafiq olaraq kreditləşmə üzrə skorinq, bonus sistemi və problemli kreditlər üzrə adekvat təqib modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək 
– Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi 
– İri həcmli məlumat bazası ilə işləmək 
– Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması 
– Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlər üzrə ehtiyyatların yaradılması 
– Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək 
– Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi 
– Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi 
– Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək 
– İş qrafiki: 5 gün, 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Ali iqtisadi təhsil (Xaricdə təhsil almış namizədlərə üstünlük veriləcək) 
– Maliyyə sektorunda minimum 1 il iş təcrübəsi (Bank sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək) 
– Problemi həll etmək bacarığı 
– Analitik düşüncə, müxtəlif hesabatları hazırlama və təhlil etmə bacarığı 
– İşə yaradıcı yanaşmaq və yeni ideyaları yaratmaq bacarığı 
– İşdə düzgünlük, operativlik 
– Komandada işləmə bacarığı 
– Ünsiyyət qurma qabiliyyəti 
– Məsuliyyətlilik, diqqətcillik 
– Rus və İngilis dillərində yazma, oxuma və başa düşmə bacarığı (Beynəlxalq sertifikat və ya diplomları olan olan namizədlərə üstünlük veriləcək) 
– Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi