10 C
Baku
Tuesday, November 26, 2024

Kredit risklərinin idarəedilməsi üzrə Mütəxəssis – AccessBank

0
Kredit risklərinin idarəedilməsi üzrə Mütəxəssis – AccessBank
10.10.2019

Kredit risklərinin idarəedilməsi üzrə Mütəxəssis

Əsas vəzifələr:

1. Müştərinin biznesinin monitorinqinin aparılması və hesabatın təqdim edilməsi;
2. Kredit portfelinin keyfiyyətinin təhlili və hesabatın təqdim olunması;
3. Filiallarda gecikmələr üzrə keçirilən Kredit Komitələrində iştirak etmək və gecikmələr üzrə aylıq hesabat hazırlamaq;
4. Filiallarda kredit təhlilinə və kredit risklərinə yanaşmanın düzgünlüyü haqqında hesabatların hazırlanması;
5. Bank strukturlarının bankdaxili kredit limitlərinə əməl etmələri haqqında hesabatların hazırlanması və təqdim edilməsi;
6. Kredit portfelinin müəyyən biznes sferaları, regionlar, kredit məqsədləri üzrə cəmləşməsi kimi risklərin təhlil olunması və bu risklər üzrə hesabatlılığın həyata keçirilməsi.

Namizədlərə tələblər:

1. Kredit Şöbəsində iş təcrübəsi (1 ildən az olmayaraq);
2. Azərbaycan, rus və ingilis dili biliklərinin  yaxşı səviyyədə olması
3. Məsuliyyətlik və stresə davamlılıq;
4. Ünsiyyətcillik, işləmək qabiliyyəti, inadcıllıq, qısa zamanda biliklərə yiyələnmək bacarığı;
5. Tapşırıqların həllində çeviklik;
6. Kompüter bilikləri (MS Office, Mc Outlook);
7. Namizədin daimi iş yeri Baş Ofisdir. Bununla yanaşı müştərinin biznesinin yerləşdiyi məkanlara və bankın filiallarına getmək imkanı olmalıdır.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi