-3 C
Baku
Sunday, December 15, 2024

Kredit sahəsində təcrübə proqramı

0
Kredit sahəsində təcrübə proqramı
Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı
25.07.2023
Təcrübə proqramı

İş barədə məlumat: 

“İNTERNATİONAL BOKT” ASC gələcək karyerasını kredit sahəsində qurmaq istəyən gənclər üçün təcrübə keçmək imkanı yaradır.

Təcrübə müddəti 3 aydır. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Təşkilat tərəfindən müsbət xasiyyətnamə verilməklə, işlə də təmin olunacaqlar.

Təcrübə  ( Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astara) əhatə edəcək.

Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq  

 

Tələblər:

Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat, maliyyə və oxşar sahələri üzrə ali təhsil və orta ixtisas təhsili almış gənclər müraciət edə bilərlər.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

– Məntiqi və analitik düşünmə qabiliyyəti;

– Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)

– Ünsiyyət və təqdimat bacarığı.

Proqrama qoşulmaq istəyənlər CV-lərini mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək,  [email protected]  ünvanına CV (foto mütləqdir) göndərməlidirlər.

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi