Kredit Təhlili Departamenti Aparıcı/ Baş mütəxəssis – Ziraat Bank Azərbaycan ASC

    0

    Posted 1 həftə ago

    “Ziraat Bank Azərbaycan” ASC Kredit Təhlili Departamenti Aparıcı/ Baş mütəxəssis vəzifələrinə işə dəvət edir

    Vəzifəyə olan tələblər:


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    • Ali iqtisadi təhsil; 
    • 3 il kredit təşkilatında SME və ya korporativ kreditlərin verilməsi sahəsində təcrübə;
    • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
    • Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq;
    • Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
    • Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır;
    • CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır (minimum ACCA F3 (Financial Accounting (FA)), CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək);
    • Kompüter bilikləri (MS Office, Internet);

    Əsas vəzifələr:

    Korporativ müştərilər üzrə geniş təhlil və monitorinq hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının) hazırlanması.

    Göstərilən tələblərə cavab verən namizədlər İyul ayının 31-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili” qeyd edilməsi vacibdir.

    Job Features

    Job CategoryKredit işçisi

    Apply Online