10 C
Baku
Wednesday, December 11, 2024

Ərazi üzrə Menecer ( Lənkəran, Salyan və Cəlilabad filiallarının idarə edilməsi üçün ) – FINCA Azerbaijan LLC

0
Ərazi üzrə Menecer ( Lənkəran, Salyan və Cəlilabad filiallarının idarə edilməsi üçün ) – FINCA Azerbaijan LLC
11.07.2019

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı LƏNKƏRAN, SALYAN VƏ CƏLİLABAD FİLİALLARININ İDARƏ EDİLMƏSİ ÜÇÜN ƏRAZİ ÜZRƏ MENECER vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Məqsəd:

Ərazi üzrə Menecer maliyyə xidmətləri əməliyyatları və inzibati işlər daxil olmaqla səlahiyyətinə aid Filial və Satış ofislərinin idarə olunması və nəzarəti üçün məsuliyyət daşıyır. O, filialın bütün cari və eləcə də gələcəkdə təşkilatın fəaliyyətinin və/və ya əməliyyatlarının dəyişilməsi/artması ilə əlaqədar əlavə ediləcək aktivlərin/vəsaitlərin təhlükəsizlik və toxunulmazlığını təmin etməyə məsuliyyət daşıyır. Ərazi üzrə Menecer filialda bütün maliyyə xidmətləri işləri üçün birbaşa rəhbər kimi xidmət göstərəcək Filial və Satış ofislərinin mərkəzləşdirilmiş digər funksional işçiləri (maliyyə, informasiya texnologiyası və ya digər) üçün inzibati menecer olacaqdır. Ərazi üzrə Menecer strateji və əməliyyat planlarına uyğun şəkildə maliyyə xidmətləri göstərilməsini təmin edəcəkdir. O, eləcə də digər səlahiyyətli funksional bölmə rəhbərləri ilə əməkdaşlıq şəraitində əsas maliyyə xidmətləri kadrlarının seçilməsi və işə götürülməsi üçün məsuliyyət daşıyacaqdır.

Tələblər:

• İdarəetmə, Biznes, Maliyyə və ya bunlara müvafiq sahə üzrə Bakalavr təhsili;
• Müxtəlif regionlarda kreditvermə, kreditlərin analizi, satış, biznes bankçılığı və digər birbaşa əlaqəli sahələr üzrə 5 ildən cox təcrübənin olması;
• Ən azı 1 il Filial idarəedilməsi olmaqla 3 ildən çox rəhbərlik təcrübəsinin, həmçinin güclü analitk və idarəetmə bacarığının olması;
• Təşkilati dəyərlərə, əməliyyat bütövlüyünə və şirkət siyasətlərinə sadiqliyin nümayiş etdirilməsi;
• Dəyişikliyin idarəolunması və proseslərin davamlı təkmilləşdirilməsi üzrə sübutlu nailiyyətlərin olması; 
• Müştəri yönümlü və nəticələrə hədəflənmiş peşəkar iş davranışı; 
• Mükəmməl təşkilati, insanlararası münasibət, ünsiyyət (şifahi və yazılı), insan resurslarının idarə olunması və təlimləndirmə bacarıqlarının olması; 
• Biznesin çox şaxəli funksiyaları arasında əməkdaşlıq təcrübəsi;
• Güclü risk və nəzarət mühitinin yaradılması/təşviq edilməsi və saxlanılması üzrə təcrübənin olması;
• Səlis Azərbaycan dili bilikləri, İngilis dili biliyi üstünlükdür;
• Maliyyə sektorunun qaydaları və tənzimləmə qanunları sahəsində lazımi biliklərin olması; 
• İş zamanının ən azı 35% hissəsinin Ərazi hüdudları çərçivəsində səyahətə xərcləmə istəyinin olması;
• Sürücülük vəsiqəsinin olması üstünlükdür.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 26 İyul 2019-cu il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində ƏRAZİ ÜZRƏ MENECER (38/19) qeyd etməklə göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaMenecer