15 C
Baku
Friday, April 26, 2024

Kreditlərin monitorinqi şöbəsinin meneceri – Yelo Bank

0
Kreditlərin monitorinqi şöbəsinin meneceri – Yelo Bank
Bakı
15.07.2021

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin anderraytinqi və monitorinqi departamentində Kreditlərin monitorinqi şöbəsinin meneceri” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Kreditlərin monitorinqi_Menecer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Kreditlərin anderraytinqi və monitorinqi departamenti, Kreditlərin monitorinqi şöbəsi

Vəzifə: Menecer

Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

– Kreditlərin monitorinqi işinin təşkili və idarə edilməsi;
– Risk identifikasiya metodlarının yaradılması və tətbiqi;
– Şöbə qarşısında qoyulan monitorinq planlarının yerinə yetirilməsinin təmin edilməsi;
– Monitorinq nəticələrinin qarşı tərəflə müzakirəsi;
– Keçirilmiş monitorinqlərinin yekun hesabatının hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələblər:

– Kredit mütəxəssisi vəzifəsində minimum 3 il iş stajı;
– Monitorinq sahəsində minimum 3 il iş stajı;
– Monitorinq şöbəsinin idarə edilməsində minimym 1 il iş stajı;
– Yüksək səviyyədə excel bilikləri;
– Key Risk İndikator metodlarının bilməsi, yaradılması və inkişaf etdirilməsi bacarıqları;
– Yüksək ünsiyyət bacarığı;
– Komanda ruhunun yaradılması bacarığı;
– Məsuliyyətlilik və təşəbbüskarlıq.

Biz Sizə nə təklif edirik:

– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
– Könüllü tibbi sığorta proqramına qoşulma;
– Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi