9 C
Baku
Friday, December 13, 2024

Kreditlərin Təhlili və Monitorinqi Departamentinə mütəxəssis, kiçik və aparıcı mütəxəssis – Ziraat Bank Azərbaycan ASC

0
Kreditlərin Təhlili və Monitorinqi Departamentinə mütəxəssis, kiçik və aparıcı mütəxəssis – Ziraat Bank Azərbaycan ASC
Bakı
10.03.2021

“Ziraat Bank Azərbaycan” ASC Kreditlərin Təhlili və Monitorinqi Departamentinə Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• 1 ildən artıq kredit təşkilatında SME və ya korporativ kredit sifarişlərinin təhlili, kreditlərin verilməsi sahəsində təcrübə;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
• Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
• Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
• CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır (minimum ACCA F3 (Financial Accounting (FA)), CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək);
• Kompüter bilikləri (MS Office (xüsusi ilə Excel)).
• Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır;

Əsas vəzifələr:

– Korporativ müştərilər üzrə geniş təhlil və maliyyə monitorinq hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının) hazırlanması.
– Portfel üzrə müştərilərin müyyən edilmiş kriteriyalar üzrə aylıq, rüblük, yarımillik hesabatların hazırlanması.

Göstərilən tələblərə cavab verən namizədlər aprel ayının 10-na qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi