10 C
Baku
Wednesday, December 11, 2024

Kreditor Hesablar üzrə Mühasib/Kiçik Mühasib – Norm OJSC

0
Kreditor Hesablar üzrə Mühasib/Kiçik Mühasib – Norm OJSC
Bakı
19.12.2023

İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində və şəhər ofisində yerinə yetirmək imkanı var)

Tələblər:
İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi;
Azərbaycan və ingilis dillərini ixtisasın tələb etdiyi səviyyədə bilmək;
MS Office proqramlarını yaxşı səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.
Analitik düşüncə;
Effektiv kommunikasiya bacarığı;
Vəzifə və Öhdəliklər:
Bütün tədarükçü qurumların hesab-fakturalarının qəbulu, hesab-fakturaların tam və dəqiq olmasının yoxlanması, tələb olunan bütün sənədlərin hesab-fakturalarla uyğunluğunun təmin edilməsi
Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması və üzərinə tarix möhürünün vurulması
Tələb olunan bütün daxili imzaların və təsdiqlərin alınması
Ödənişlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi
Tamamlanmış hesab-fakturalar üzrə mühasibat qeydlərinin SAP proqramına daxil edilməsi
Tədarükçülərlə yarımillik və illik razılaşmaların əldə edilməsi
Hesab-fakturaların qeydiyyata alınması və ehtiyat nüsxələrinin saxlanması
Hesab-fakturaların icrası ilə bağlı tədarükçülərin telefon zənglərinin cavablandırılması
İşçilərlə bağlı bütün xərc hesabatlarının əlaqələndirilməsi və xərclərlə bağlı təsdiqlənmiş sənədlərin icrası
Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Son Müraciət Tarixi: 25.12.23