Bakı
02.07.2024
İşin təsviri
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin təşkili) Layihələrin və təkliflərin hazırlanması, binalara baxışın keçirilməsi, yeni müştərilərin cəlb olunması və müştərilərlə əlaqələrin yaradılması;
- Layihələrin idarəolunması sahəsində minimum 3 il iş təcrübəsi;
- Layihələrin idarəolunması üzrə proqram təminatlarında istifadə təcrübəsi arzuolunandır;
- Azərbaycan dili səlis, Rus və İngilis dili biliyi yaxşı səviyyədə;
- MS Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
- Vaxtın idarə olunması bacarığı;
- Yüksək səviyyədə təqdimetmə və ünsiyyət bacarıqları.
Görəcəyiniz işlər:
- Layihə təkliflərin və tələblərinin hazırlanması və məqsədlərini müəyyən etmək üçün daxili müştərilərlə əlaqə saxlamaq;
- Layihənin mərhələləri və nəticələrinin izlənməsi;
- Layihə sənədlərinin hazırlanması;
- Layihə planlarına dəyişikliklərin təklif edilməsi, nəzərdən keçirilməsi və təsdiq edilməsi.
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesində şirkətin təmsil olunması;
- Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi;
- Tender təkliflərinin hazırlanması üçün tələb olunan rəsmi sənədlərin (maliyyə hesabatları, arayışlar, təsdiqedici sənədlər, bank zəmanətləri və s.) vaxtlı-vaxtında müvafiq qurumlardan alınması;
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Sahil Biznes Mərkəzi.
- Əmək haqqı: 800 AZN
Müraciət qaydası:
Bu vəzifəyə müraciət etmək üçün CV-ni e-mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Layihə üzrə baş mütəxəssis” Mövzu bölməsində göstərin. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |