13 C
Baku
Friday, March 29, 2024

Linux admin – Unibank

0
Linux admin – Unibank
Unibank
Bakı
18.03.2021

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: İT /Bank
Vəzifə : Linux admin
Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Linux serverlərini quraşdırmaq və konfiqurasiya etmək;
• Nginx və Apache Tomcat veb-serverlərini konfigurasiya etmək və dəstəkləmək;
• Bash ilə lokal işlərin və ya Ansible ilə bütün infrastruktur işlərin avtomatlaşdırılması (j2 template ilə iş təcrübəsi arzuolunandı);
• Git ilə işləmək. MR yaratmaq, nəzarət etmək etmək;
• Konteynerlərin idarəetmə sistemi ilə işləmək (Kubernetes) və standalone konteynerləri dəstəkləmək;
• “Gitlab”ı dəstəkləmək və lazım olduqda konfiqurasiya etmək, bu cümlədən “Gitlab”da “Container Registry”ni idarə etmək. Gitlab “runner”ləri konfigurasiya etmək;
• CI / CD Proseslərini konfiqurasiya etmək.

Namizədin Profili

• Linux OS ilə iş təcrübəsi minimum 2 il;
• Şəbəkə haqqında əsas məlumat, şəbəkənin necə işlədiyini anlamaq, LVM Disklərlə işləmək
• Veb serverlərin iş prinsipləri ilə tanış olaq (Nginx, Tomcat);
• OpenVPN-in iş prinsipi ilə tanış olmaq;
• Bash skriptlər yazmaq bacarığı;
• “Ansible” ilə işləməyi bacarığı;
• “Docker” ilə işləyə bilmək;
• Kubernetes bacarıqları;
• “Infrastructure as code” prinsiplərindən məlumatlı olan və onu tətbiq edən namizədə üstünlük verilir.
• Görülən işlərin dokumentasiyasını yazmaq bacarığı arzuolunandır.
• Kubernetes klasterini təkmilləşdirən müxtəlif proqram təminatı ilə işləmək: metallb, portworx, ingress, istio , etc.

Göstərilən tələblərə cavab verən namizədlərdən vakansiyanın adını (Linux admin) mövzu hissəsində qeyd edərək CV-lərini [email protected] electron ünvanına göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi