27 C
Baku
Wednesday, April 24, 2024

Logistika sektorunun müdiri – AzerGold CJSC

0
Logistika sektorunun müdiri – AzerGold CJSC
Bakı
02.04.2021

Şirkət haqqında:

AzerGold” QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Logistika və inzibati işlər şöbəsinin Logistika sektorunun müdiri

Əsas vəzifə və öhdəliklər:

• Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin idarəolunmasını təşkil etmək;
• Cəmiyyətin işçilərinin və qonaqlarının müvafiq prosesə (prosedura) uyğun Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan xidməti avtonəqliyyat vasitələri ilə xidməti işlərlə bağlı Bakı şəhərdaxili və ölkədaxili daşınmasını təşkil etmək;
• Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsinə nəzarət etmək;
• Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan avtonəqliyyat vasitələrinin texniki qulluq və təmiri sifarişlərini idarə etmək; Cəmiyyətin aparatının balansında olan avtomobil təsərrüfatı işlərinin, əsas vəsaitlərin əsaslı və cari təmiri işlərinin təşkili istiqamətində müvafiq işləri təşkil etmək;
• Lİİ şöbəsinin tabeçiliyində olan avtomobillərin texniki qulluq və təmiri ilə əlaqədar hesabatların hazırlamasını təşkil etmək;
• Logistika və inzibati işlər şöbəsinin tabeçiliyində olan avtomobilləri idarə etmək üçün Yol vərəqələri və etibarnamələrin hazırlanmasına nəzarət etmək;
• Xidməti zərurətlə bağlı yüklərin ölkə daxili və ölkə xarici göndərilməsini təşkil etmək;
• Yüklərin göndərilməsi və gətirilməsi ilə bağlı gömrük sənədləşdirilməsinin aparılmasının təşkili;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• İşgüzar danışıqlar və yazışma aparma qabiliyyəti , planlaşdırma, analiz və idarəetmə bacarığı , təşəbbüskarlıq, liderlik, yaradıcı təfəkkür, məsuliyyətlilik, punktuallıq və dəqiqlik;
• Gömrük orqanları ilə iş təcrübəsi;
• İncoterms şərtlərini bilməli;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır, Microsoft Office proqramları bilməli. (SAP arzuolunandır).

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil;
• Minimum 4 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər