Logistika şöbə müdiri – Azersun Holding

    Bakı
    Posted 5 months ago

    Vakansiya : Logistika şöbə müdiri

    Vəzifə tələbləri:

    • Ali təhsilli olmalı;
    • Nəqliyyat və ya logistika sahəsində ən azı 5 il təcrübəsi olmalı;
    • Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini yaxşı tanımalı;
    • Yol hərəkəti qaydalarını yaxşı səviyyədə bilməli;
    • Nəqliyyat vasitəsini əla səviyyədə idarə edə bilməli;
    • Yüksək idarəçilik və ünsiyyət qabiliyyətinə sahib olmalı;
    • Araşdırma və analiz bacarığı olmalı;
    • MS Office (Word, Excel, Outlook) proqram paketi ilə işləməyi bacarmalıdır.

    İş haqqında məlumat:

    • Nəqliyyat və logistika ilə bağlı uçotun aparılmasını və hesabatların hazırlanmasını təşkil etməli;
    • Sifarişlərin düzgün yüklənməsinə və çatdırılmasına nəzarət etməli;
    • Sürücülərin xüsusi qrafiklərinin hazırlanmasını təmin etməli;
    • Logistik proseslərin optimallaşdırılmasına yönəlmiş təklifləri irəli sürməli;
    • Nəqliyyat vasitələrinin idarə edilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılmasını təşkil etməli;
    • Yeni nəqliyyat vasitələrinin Yol Polisi İdarəsində qeydiyyata salınması və sürücülərə təhvil verilmə prossesini təşkil etməli;
    • Yeni nəqliyyat vasitələrinin lazımi sığorta növləri ilə təmin edilməsini təşkil etməli;
    • Şirkətin nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və lazım olduqda təmirini təşkil etməli;
    • Şirkətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət etməli;
    • Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərinin daxili satınalma qaydalarına əsasən icra olunmasını təşkil etməlidir.

    İş Saatları:

    Həftə içi 6 gün

    Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Logistika şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.