Vakansiya : Logistika şöbə müdiri
Vəzifə tələbləri:
• Ali təhsilli olmalı;
• Nəqliyyat və ya logistika sahəsində ən azı 5 il təcrübəsi olmalı;
• Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini yaxşı tanımalı;
• Yol hərəkəti qaydalarını yaxşı səviyyədə bilməli;
• Nəqliyyat vasitəsini əla səviyyədə idarə edə bilməli;
• Yüksək idarəçilik və ünsiyyət qabiliyyətinə sahib olmalı;
• Araşdırma və analiz bacarığı olmalı;
• MS Office (Word, Excel, Outlook) proqram paketi ilə işləməyi bacarmalıdır.
İş haqqında məlumat:
• Nəqliyyat və logistika ilə bağlı uçotun aparılmasını və hesabatların hazırlanmasını təşkil etməli;
• Sifarişlərin düzgün yüklənməsinə və çatdırılmasına nəzarət etməli;
• Sürücülərin xüsusi qrafiklərinin hazırlanmasını təmin etməli;
• Logistik proseslərin optimallaşdırılmasına yönəlmiş təklifləri irəli sürməli;
• Nəqliyyat vasitələrinin idarə edilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılmasını təşkil etməli;
• Yeni nəqliyyat vasitələrinin Yol Polisi İdarəsində qeydiyyata salınması və sürücülərə təhvil verilmə prossesini təşkil etməli;
• Yeni nəqliyyat vasitələrinin lazımi sığorta növləri ilə təmin edilməsini təşkil etməli;
• Şirkətin nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və lazım olduqda təmirini təşkil etməli;
• Şirkətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət etməli;
• Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərinin daxili satınalma qaydalarına əsasən icra olunmasını təşkil etməlidir.
İş Saatları:
Həftə içi 6 gün
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Logistika şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |