28 C
Baku
Saturday, July 27, 2024

Məhkəmə İşləri üzrə Kiçik Mütəxəssis – PASHA Bank

0
Məhkəmə İşləri üzrə Kiçik Mütəxəssis – PASHA Bank
Bakı
16.02.2022

Bizimlə Siz əldə edəcəksiniz:

  • Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
  • Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
  • Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
  • Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

  • Sənədlərin hüquqi analizi  və bankın maraqlarının məhkəmə orqanları, dövlət və özəl müəssisələr qarşısında müdafiə edilməsi;
  • İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərinin hazırlanması;
  • Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
  • Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
  • İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
  • Dövlət orqanları və digər qurumlarla münasibətdə bankın təmsil edilməsi və bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
  • Bank məhsullarının hüquqi ekspertizası;
  • Bank fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
  • Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
  • Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
  • Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə bank əməkdaşlarlarının təlimatlandırılması;
  • Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
  • Əmək münasibətləri sahəsində bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
  • Təcrübə: Ən azı 1 il kiçik mütəxəssis / 3 il mütəxəssis vəzifəsi üçün
  • Xarici dil: Rus və İngilis
  • Kompüter bilikləri: Microsoft Office
  • Digər:  Komandada iş, analitik düşüncə, güclü ünsiyyət, tədqiqat, araşdırma, planlaşdırma və təşkilatçılıq bacarıqları

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 28.02.2022-ci il tarixinədək başlıqda “Məhkəmə İşləri üzrə Kiçik Mütəxəssis / Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi