Bakı
16.02.2022
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
- Sənədlərin hüquqi analizi və bankın maraqlarının məhkəmə orqanları, dövlət və özəl müəssisələr qarşısında müdafiə edilməsi;
- İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərinin hazırlanması;
- Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
- Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
- İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
- Dövlət orqanları və digər qurumlarla münasibətdə bankın təmsil edilməsi və bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
- Bank məhsullarının hüquqi ekspertizası;
- Bank fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
- Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
- Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
- Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə bank əməkdaşlarlarının təlimatlandırılması;
- Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
- Əmək münasibətləri sahəsində bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
- Təcrübə: Ən azı 1 il kiçik mütəxəssis / 3 il mütəxəssis vəzifəsi üçün
- Xarici dil: Rus və İngilis
- Kompüter bilikləri: Microsoft Office
- Digər: Komandada iş, analitik düşüncə, güclü ünsiyyət, tədqiqat, araşdırma, planlaşdırma və təşkilatçılıq bacarıqları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 28.02.2022-ci il tarixinədək başlıqda “Məhkəmə İşləri üzrə Kiçik Mütəxəssis / Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-mail: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |