Bakı
23.11.2021
Vakansiya: Məhsulların inkişafı üzrə mütəxəssis
Departament: Kommersiya
Vəzifə öhdəlikləri:
- Bulud məhsulları üzrə bazar məlumatlarını əldə edib araşdıraraq müştəri ehtiyacları və istəklərini müəyyənləşdirmək;
- Bazarda yerini tutan və rəqabətə davamlı olmasına imkan verən məhsullar yaratmaq və artırmaq;
- Bir sıra müxtəlif amillərə və istifadələrə görə məhsul spesifikasiyalarının müəyyənləşdirilməsi;
- İnkişafda olan məhsullar üçün prototiplər hazırlayaraq istehsal və dizayn fəaliyyətlərinə dəstək;
- Məhsulların həyat qabiliyyətli və rəqabətli olmasını təmin etmək üçün bazar araşdırması materiallarına və satış məlumatlarına müraciət etmək;
- Məhsul inkişafının ilkin mərhələsini, eləcə də məhsulun yaradılması, idarə olunması və sənədləşdirilməsi ilə bağlı tələb və nəticələri formalaşdırmaq və idarə etmək;
- Növbəti mərhələyə keçmədən əvvəl layihə qrupu və rəhbərliyi tərəfindən qiymətləndirmə üçün təklif və dizaynların təqdim edilməsi
- Yeni məhsul, proqram və layihələrin uyğun istifadə qaydalarının hazırlanması;
- Yeni məhsullar haqqında təlim materiallarının hazırlanması
Tələb olunan bilik və bacarıqlar:
- Marketinq, IT, Riyaziyyat və ya müvafiq sahədə bakalavr təhsili
- Məhsulun dizayn edilməsi bacarıqlarına sahib olmalı və məhsul komponentləri ilə materialların həm funksional, həm də estetik cəhətdən birlikdə işləmə prinsiplərini anlamalı
- SQL və non-SQL üzrə güclü biliklər
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı
- Bulud platformaların brend və məhsulları barədə məlumatlı olmaq
- IT sferasında minimum 2 illik təcrübə
- Bulud Məhsul və Xidmət istehsalçısı və ya əlaqəli sahədə 1 illik təcrübə
- Komandada işləmə bacarığı
- Vaxtın idarə olunması bacarıqları
- Azərbaycan; rus və ya ingilis dilləri (sərbəst)
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |