14 C
Baku
Monday, May 6, 2024

Mərkəzləşdirilmiş Kredit Satişi üzrə Kiçik İşçi – FINCA Azerbaijan LLC

0
Mərkəzləşdirilmiş Kredit Satişi üzrə Kiçik İşçi – FINCA Azerbaijan LLC
30.05.2019

İş Elanı № 28/19

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün MƏRKƏZLƏŞDİRİLMİŞ KREDİT SATIŞI ÜZRƏ KİÇİK İŞÇİvəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Məqsəd:

Mərkəzləşdirilmiş Kredit Satışı üzrə  İşçi Mərkəzləşdirilmiş Kredit Supervayzerinin rəhbərliyi altında  müştərilərə ehtiyaclarını müəyyən etməkdə dəstək olacaq, müştərilərin ehtiyaclarını ödəyəcək kredit məhsullarını və miqdarını seçməkdə məsləhət verəcək məsul şəxsdir.

Başlıca fəaliyyətlər:

• Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq yüksək keyfiyyətli satış imkanları yaratmaq
• Ehtiyac olduğu təqdirdə potensial müştərilərlə vaxtı-vaxtında əlaqə saxlayaraq prosesi nəzarətdə saxlamaq
• Etdiyi zənglər əsasında gündəlik/ həftəlik hesabat hazırlamaq
• Mərkəzləşdirilmiş Kredit Satış nümayəndələrinə digər məsələlərlə bağlı kömək etmək

Tələblər:

• Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə bakalavr təhsili;
• Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq;
• Yüksək təşkilati və vaxtı idarəetmə bacarığı;
• Müxtəlif layihə və tədbirlərdə iştirak arzuolunandır; 
• Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı;
• Microsoft Office proqramları daxil olmaqla kömpüter bilik və bacarığı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 06 İyun  2019-cu il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində MƏRKƏZLƏŞDİRİLMİŞ KREDİT SATIŞI ÜZRƏ KİÇİKİŞÇİ  qeyd etməklə göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi