25 C
Baku
Saturday, June 1, 2024

Məsləhətçi (Sosial müdafiə və sosial təminat sahələrinin auditi sektoru) – Hesablama Palatası

0
Məsləhətçi (Sosial müdafiə və sosial təminat sahələrinin auditi sektoru) – Hesablama Palatası
Bakı
11.07.2023
  • Əmək haqqı: 1240 AZN

Vakansiyanın təsviri

  • Palataya daxil olan qanunvericilik aktlarının, habelə Palata tərəfindən hazırlanmış metodiki sənədlərin və sərəncam mahiyyətli sənədlərin layihələrinin ekspertizasını həyata keçirmək;
  • Sosial müdafiə və sosial təminat sahəsi üzrə Palataya daxil olan qanunvericilik aktlarının şöbə tərəfindən hüquqi və iqtisadi ekspertizasının aparılması işində iştirak etmək;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun, eləcə də İşsizlikdən Sığorta Fondunun növbəti il üçün büdcələrinə dair qanun layihələri üzrə şöbəyə daxil olan sənədlərin, habelə müvafiq statistik hesabat və məlumatların şöbə tərəfindən təhlili və müvafiq rəyin hazırlanması işində iştirak etmək;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun, eləcə də İşsizlikdən Sığorta Fondunun büdcələrinin icrasına dair illik hesabat üzrə şöbəyə daxil olan müvafiq sənədlərin, statistik hesabat və məlumatların təhlili və müvafiq rəyin hazırlanması işində iştirak etmək;
  • Sərəncam mahiyyətli sənədlərdə nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyata keçirilməsinin öz səlahiyyətləri daxilində təmin etmək, zəruri hallarda əlaqələndirmə və koordinasiya işlərini təşkil etmək;
  • Sosial müdafiə və sosial təminat sahəsi üzrə Palatanın inkişaf konsepsiyası və strateji inkişaf planlarının hazırlanmasında iştirak etmək və səlahiyyətləri daxilində icrasını təmin etmək;
  • Palatanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilik aktlarında və metodiki sənədlərdə müvafiq dəyişikliklərin edilməsi və ya yeni normativ hüquqi aktların və metodiki sənədlərin hazırlanması ilə bağlı təkliflər vermək və həmin aktların hazırlanmasında iştirak etmək;
  • Növbəti ilin büdcəsi layihəsinə və ötən ilin dövlət büdcəsinin icrasına Palatanın rəyinin hazırlanması üçün makroiqtisadi təkliflərin hazırlanması işində iştirak etmək;
  • Sosial müdafiə və sosial təminat sahəsi üzrə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların məktub və sorğularına, habelə vətəndaşların ərizə və şikayətlərinə müvafiq qaydada baxılması, icrası istiqamətində zəruri tədbirlərin görülməsini təmin etmək;
  • Sosial müdafiə və sosial təminat sahəsi üzrə audit və digər nəzarət tədbirlərinin işinin həyata keçirilməsində iştirak etmək;
  • Sosial müdafiə və sosial təminat sahəsi üzrə həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə məlumatların ümumiləşdirilməsi işində iştirakı təmin etmək;
  • Keçirilmiş audit tədbirlərinin nəticələrinə əsaslanaraq qüvvədə olan normativ-hüquqi aktların təkmilləşdirilməsi barədə təkliflərin verilməsi işinin həyata keçirilməsində iştirak etmək;
  • Mövcud məlumat bazasının təkmilləşdirilməsi və müvafiq məlumatların əldə edilməsi məqsədilə müvafiq hesabat formalarının hazırlanması işinin təşkil olunmasında iştirakı təmin etmək;
  • Qanunvericiliyə və şöbə müdirinin tapşırığına əsasən səlahiyyətləri daxilində Palatanın dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətdə təmsil etmək;
  • Sektorun fəaliyyəti barədə illik hesabatlarının hazırlanması işində iştirakı təmin etmək;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icrasını təmin etmək;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş və Palatanın rəhbərliyi tərəfindən verilmiş digər vəzifələri yerinə yetirmək.

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu, sosial iş ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər