Vakansiyanın təsviri
• Hər bir sığorta sinfi üzrə və ümumi sığorta portfeli üzrə zərərlik dərəcəsini hesablamaq;
• Ümumi sığorta sahəsi üzrə ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi və tələb olunan kapitalını hesablamaq;
• Sığorta ehtiyatlarının formalaşdırılması, sığortaçının zərərlilik dərəcəsinin hesablanması, tələb olunan kapitalının, investisiya fəaliyyətinin müəyyən edilməsi üzrə sığorta fəaliyyətinin tənzimlənməsi barədəki normativ sənədlərə uyğun hesabatları hazırlamaq;
• Qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta məhsullarının qiymətlərinin müəyyən edilməsində bilavasitə iştirak etmək;
• Aktuar hesabatlar üzrə operativ və təşkilati sənədləri hazırlamaq;
• Hər hansı sığorta növü üzrə baş vermiş sığorta hadısələrinin statistikasını araşdıraraq, həmin sığorta növü üzrə qiymət və tariflərin yenidən baxılması üçün təkliflər vermək;
• Yeni sığorta xidmətləri və məhsulları ilə bağlı hesablamalar aparmaq və təkliflər hazırlamaq;
• Sığortaçının məcmu kapitalının və öz vəsaitini hesablamaq;
• Sığorta sinifləri üzrə sığorta tarifini hesablamaq və təklifləri hazırlamaq və s.;
İş yeri: Bakı və ya Naxçıvan şəhəri;
• İş vaxtı: Həftədə 5 gün, 09:00-18:00, 13:00-14:00 nahar vaxtı;
• Əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilir.
Xüsusi tələblər
• Ali – Maliyyə/ İqtisadi/ Riyazi;
• İş təcrübəsi aktuari kimi ən azı 1 il;
• Microsoft Office;
• Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə;
• Riyazi biliklər, analiz etmə, risklərin qiymətləndirilməsi, alqoritmlər qurma, iqtisadi biliklər, sığorta qanunvericiliyi;
• Attestasiyadan keçmiş məsul aktuari şəhadətnaməsi.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |