14 C
Baku
Tuesday, May 14, 2024

Texniki xidmətlər üzrə mütəxəssis – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

0
Texniki xidmətlər üzrə mütəxəssis – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Bakı
04.10.2023

Vakansiyanın təsviri

o  İstifadəçilərin müxtəlif kanallardan (telefon, Xidmət-İdarəetmə aləti Service Management tool, e-mail, web səhifə, sosial şəbəkə, informasiya sistemindən, kommunikasiya proqramlarından və s.) daxil olan müraciətlərini qəbul etmək, dəstək biletləri(ticket’ləri) hazırlamaq və bilet məlumatlarının yardım(dəstək) xidməti sistemində düzgün əks olunmasını təmin etmək, sorğuların icrasını həyata keçirmək;
o  İstifadəçi komputerləri, ofis texnikaları və hissələrinin inventarizasiyasina yardım, idarə olunması və izlənilməsi;
o  Qurumun kompüter, ofis texnikalarının profilaktikası, diaqnostikası və nasazlıqların aradan qaldırılması;
o  İstifadəçi əməliyyat sistemləri, proqramlar və idaretmə alətlərinin qurulması, sazlanması və test edilməsi;
o  Windows server domen mühitində Active Directory üzərində istifadəçilər və qruplarla əlaqədar dəstək göstərilməsi;
o  Yeni kompüterlərdə proqram təminatlarının qurulması və istifadəyə hazırlanması;
o  Ofisdə işləyən işçilərə yerində və ofisdən kənar işləyən işçilərə masa üstü dəstəyinin göstərilməsi;
o  İşçi yerlərində komputerlər üçün sonlandırma nöqtələrində kabellərin qoşulması və problemlərinin həll edilməsi;
o  İşçilər tərəfindən istifadə olunan proqram təminatlarında yaranmış problemlərin araşdırılması və həll edilməsi;
o  Printerlərin və digər periferik qurğularda proqram səviyyəli nasazlıqlarının aradan qaldırılması;
o  İstifadəçilərin mobil cihazlarındada iş ilə əlaqədar yaranmış problemlərin araşdırılması və həll edilməsi;
o  Sistemlərdə və istifadəçi cihazlarında informasiya təhlükəsizliyinin tələblərinə riayət etmək;

Xüsusi tələblər

o  Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üzrə arzuolunandır);
o  Aidiyyəti sahəsi üzrə min. 3 il iş təcrübəsi;
o  İngilis, rus dilləri min. intermediate səviyyəsində;
o  Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı.

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Dövlət qurumları