20 C
Baku
Sunday, April 21, 2024

Maliyə Direktoru – Elmanado

0
Maliyə Direktoru – Elmanado
Bakı
27.07.2023

Vakansiyanın təsviri

  • Elmanado MMC Maaliyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir.
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili.
  • Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və Cəmiyyətin əmlakının qorunmasına nəzarət;
  • Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsi, inventarizasiyanın aparılması;
  • Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərin və pul vəsaitlərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uşotu hesablarında vaxtında əks etdirilməsi;
  •  Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərinə təsviri;
  • Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı;
  • Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;
  • Təşkilatın ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddı sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi;

Xüsusi tələblər

  • İş təcrübəsi : 5 ildən yuxarı
  • Yaş həddi : 30 – 45 yaş arası .
  • Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil.
  • 1C 8:3 proqramında işləmə bacarığı.
  • MS Office və MS Excel proqramları üzrə yüksək səviyyədə istifadə bacarığına malik olmaq.
  • Mühasibat uçotu, xəzinə əməliyyatları, maya dəyərinin uçotu və vergi qanunvericiliyi sahələrində biliyə sahib olmaq;
  • Nahar şirkət tərəfindən verilir
  • İş qrafiki həftəlik 5 günlük
  • Maaş : 1500-3500
  • Ünvan: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığı.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə