8 C
Baku
Thursday, December 12, 2024

Marketinq Departamentinin Direktoru – ATS Food

0
Marketinq Departamentinin Direktoru – ATS Food
Sumqayıt
27.07.2023

İş məkanı: Sumqayıt ş.

Müraciətin son günü: 27 avqust 2023-cü il

Tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (marketinq, iqtisadiyyat üzrə)
  • İş təcrübəsi: Rəhbər olaraq 2 il, ümumi 5 il təcrübə
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (əla)
  • Kompüter bilikləri:  MS Office proqramları üzrə biliklər, ERP proqramlar
  • Digər: İstehsal və ya FMCG sahəsində təcrübəsi olanlara üstünlük verilir.

Vəzifədən gözləntilər: 

  • Yeni vә mövcud mәhsullar üzrә marketinq planlarının vә layihәlәrinin işlәnilmәsi vә hәyata keçirilmәsi;
  • Marketinq araşdırmaları zamanı әldә edilәn nәticәlәrin tәhlili, vә nәticәlәr әsasında tәkliflәrin hazırlanması;
  • Yeni vә mövcud məhsullarla əlaqədar daxili və xarici bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Şirkətin mövcud marketinq kampaniyalarının daima nəzarətdə saxlanılması və gedişat barədə rəhbərliyin məlumatlandırılması;
  • Zəruri qısa və uzunmüddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə töhfə verilməsi;
  • İllik satış, kommunikasiya, trade planlarının hazırlanması;
  • İllik planların, xərclərin analiz edilməsi və nəzarətdə saxlanılması;
  • Yeni kateqoriyaların ( istehsal və idxal ) portfelə əlavə edilməsi;
  • Marketinq komandasının iş fəaliyyətinin nəzarətdə saxlanılması və tövsiyələrin verilməsi;
  • Biznesin inkişafı üzrə davamlı təkliflərin hazırlanması;
  • Trade marketinq tədbirlərinin hazırlanması, təşkili, keçirilməsinə nəzarət və aksiya effektivliyin dəyərləndirilməsi;
  • Şirkətin sərgilərdə iştirakının təmin edilməsi;
  • Vendorlar ilə mütəmadi görüşlərin keçirilməsi;
  • Dövri hesabatların hazırlanması;
  • Birbaşa rəhbərin tapşırdığı digər işlərin görülməsi.

Vəzifə üzrə səriştələr:

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Müştəri xidməti yönümlülük
  • Nümunəvi rəhbərlik
  • Strateji yanaşma
  • Dəyişikliyin idarə edilməsi
  • Münaqişənin idarəedilməsi
  • Müştərək rəhbərlik
  • Satış Yönümlülük
  • Analitik Düşünmə, analiz etmə, diqqətcillik
  • Problemləri həll etmə
  • Ticari Yanaşma
  • Riyazi düşünmə qabiliyyəti
  • Kreativlik və innovativlik
  • Hesabatvermə
  • Təqdimat qabiliyyəti
  • Təsiretmə bacarığı
  • Risklərin idarəedilməsi
  • Vaxtın idarə edilməsi
  • Nəticə yönümlülük
  • Bazar analizi
  • Food development
  • Business development

İş Şərtləri:

  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: səhər və axşam 20 Yanvar  və Sumqayıt bazarından təmin edilir
  • Nahar: Təmin edilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Marketinq Departamentinin Direktoru”qeyd olunmaqla göndərə bilərlər.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər