3 C
Baku
Monday, March 4, 2024

Maliyyə şöbəsinin müdiri – Daşkəsən Dəmir Filiz MMC

0
Maliyyə şöbəsinin müdiri – Daşkəsən Dəmir Filiz MMC
Bakı
25.01.2022

Vəzifə öhdəlikləri:

  • Əmlakın, öhdəliklərin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasına nəzarət etmək;
  • Maliyyə-uçot siyasətinin əsas istiqaməti olan likvidliyin qorunmasını təmin etmək;
  • Cəmiyyətin büdcəsinin proqnozlarının maliyyə baxımından yerinə yetirilməsini təmin etmək;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilini təmin etmək;
  • Maddi, əmək, maliyyə vəsaitlərinin qənaətli istifadəsi və Cəmiyyətin əmlakının qorunması  istiqamətində tədbirlər görmək;
  • Cəmiyyətin maliyyə strategiyasını və onun maliyyə sabitliyinin təməlini hazırlamaq;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində  təsvirini təmin etmək;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq;
  • Malların və xidmətlərin maya dəyəri və gəlirliliyin planlaşdırılmasını təmin etmək;
  • Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasını təmin etmək;
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
  • Cəmiyyətin ödəmə qabiliyyətinin təmin olunması, gəlirliliyin artırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflər vermək;
  • Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək.

Namizədə tələblər:

  • Ali iqtisadi təhsili;
  • Maliyyə sahəsində 5-8 il, rəhbər kimi ən azı 2-3 il iş təcrübəsi;
  • MS Excel üzrə mükəmməl işləmə bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili bilikləri;
  • ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatların olması arzuolunandır.

Digər məlumatlar:

İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Maliyyə şöbəsinin müdiri” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər