18 C
Baku
Wednesday, April 24, 2024

Maliyyə Departament Müdiri – Azersun Holding

0
Maliyyə Departament Müdiri – Azersun Holding
Bakı
18.03.2020

AZƏRSUN HOLDİNQ

Maliyyə Departament Müdiri

Namizədə aid tələblər

• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
• Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
• Beynəlxalq mühasibatlıqla bağlı olan ACCA F3, F7, F9 sertifikatlarının olması vacibdir;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• MS Office, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
• SAP ERP proqramının FI və CO modulları ilə yüksək səviyyədə çalışa bilməli;
• Dil bilikləri: ingilis dili – əla, rus dili – orta.

İş haqqında məlumat

• Vergi, statistika və DSMF hesabatların hazırlanması;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Çalışma qrafiki: Həftəiçi 5 gün, saat 09:00-18:00.

Çalışma yeri: Bakı şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“Maliyyə Departament Müdiri” başlığı ilə) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər