13 C
Baku
Thursday, April 18, 2024

Maliyyə Departamentinin Mütəxəssisi – Smart Audit

0
Maliyyə Departamentinin Mütəxəssisi – Smart Audit
01.11.2019

“SMART AUDİT” MMC “Maliyyə Departamentinin Mütəxəssisi” vakansiyası üzrə işçi axtarır

Vəzifə təlimatları:

• Vergi və mühasibat uçotunun aparılması;
• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
• Aylıq olaraq daxili maliyyə hesabatlarının hazırlanması;
• İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin kalkulyasiyası;
• Dövlət orqanlarına, banklara məktubların yazılması;
• Müştərilərin Maliyyə Vəziyyəti haqqında, Mənfəət və Zərər haqqında, Pul Vəsaitlərinin Hərəkəti, Kapitalda Dəyişikliklər haqqında hesabatlarının hazırlanması;
• Debitor və kreditorlar barədə mütəmadi olaraq hesabatların hazırlanması;
• Hazırlanmış vergi bəyənnamələrinin (ƏDV, sadələşdirilmiş vergi, MÖMV, mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi) yoxlanılması və göndərilməsi;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s. uçotunun aparılması;
• Mal-materialların uçotunun aparılması;
• E-taxes.gov.az saytında elektron poçt qutusuna daxil olan məktubların cavablandırılması;
• Ona verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.

Vəzifə ilə bağlı tələblər:

• Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə sahəsində təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinin olması mütləqdir;
• ACCA F3 sertifikatının olması zəruridir;
• 1C 7.7, 8.3 üzrə biliklər olmalıdır;
• Vergi Məcəlləsi üzrə yüksək səviyyədə biliklər;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Gündəlik deadline-lara ciddi riayət;
• Komandada işləmək bacarığı;
• Peşəkar inkişafa meyllilik;
• Riyazi biliklər və analitik düşüncə qabiliyyəti;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.

İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;
İş günləri – həftədə 5 gün, 09:00-dan 18:00-dək;
Əmək haqqı: 700 AZN

Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “Maliyyə Departamentinin Mütəxəssisi” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaAudit/ Konsaltinq Şirkətləri