6 C
Baku
Sunday, December 15, 2024

Maliyyə Departamentinin Mütəxəssisi – Smart Audit

0
Maliyyə Departamentinin Mütəxəssisi – Smart Audit
Şəki
07.03.2024

Vəzifə təlimatları:

  • Vergi və mühasibat uçotunun aparılması;
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Aylıq olaraq daxili maliyyə hesabatlarının hazırlanması;
  • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin kalkulyasiyası;
  • Dövlət orqanlarına, banklara məktubların yazılması;
  • Müştərilərin Maliyyə Vəziyyəti haqqında, Mənfəət və Zərər haqqında, Pul Vəsaitlərinin Hərəkəti, Kapitalda Dəyişikliklər haqqında hesabatlarının hazırlanması;
  • Debitor və kreditorlar barədə mütəmadi olaraq hesabatların hazırlanması;
  • Hazırlanmış vergi bəyənnamələrinin (ƏDV, sadələşdirilmiş vergi, MÖMV, mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi) yoxlanılması və göndərilməsi;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s. uçotunun aparılması;
  • Mal-materialların uçotunun aparılması;
  • E-taxes.gov.az saytında elektron poçt qutusuna daxil olan məktubların cavablandırılması;
  • Ona verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.

Vəzifə ilə bağlı tələblər:

  • Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə sahəsində təhsil);
  • Müvafiq sahə üzrə minimum 1+ il iş təcrübəsinin olması mütləqdir;
  • ACCA F3 sertifikatının olması zəruridir;
  • 1C 7.7, 8.3 üzrə biliklər olmalıdır;
  • Vergi Məcəlləsi üzrə biliklər;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Gündəlik deadline-lara ciddi riayət;
  • Komandada işləmək bacarığı;
  • Peşəkar inkişafa meyllilik;
  • Riyazi biliklər və analitik düşüncə qabiliyyəti;
  • Azərbaycan, ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı.

İş yeri: Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;

İş günləri – həftədə 5 gün, 09:00-dan 18:00-dək;

Əmək haqqı: 700 AZN

Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “Maliyyə Departamentinin Mütəxəssisi” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə