15 C
Baku
Saturday, October 5, 2024

Maliyyə Hesabatlığı və Mühasibatlıq üzrə Mütəxəssis – DH Neft Servis Tikinti QSC

0
Maliyyə Hesabatlığı və Mühasibatlıq üzrə Mütəxəssis – DH Neft Servis Tikinti QSC
Bakı
12.09.2024

Vəzifə Öhdəlikləri:

  • Vergi DSMF və statistik hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Aylıq maliyyə hesabatlarının (Balans və mənfəət və ya zərər hesabatı)
  • E-Qaimə, Hesab fakturaların və təhvil təslim aktlarının yazılması
  • Alıcılarla olan Maliyyə aktlarına nəzarət etmək;
  • Gündəlik bank hesablarının yoxlanılması,hesabatların hazırlanması;
  • Gələn qaimələr üzrə alışın olmasının anbarla üzləşdirilməsi və mühasibat proqramına (S4HANA (SAP ERP) və ya 1C 8.3) işlənilməsi;
  • Debitor və kreditorlarla üzləşmələrin aparaılması;
  • Problemli qaimələrin araşdırılması, ödənişlərin reysterde qeyd edilməsi;
  • Hesab faktura, elektron qaimə və akt yazılaraq, qeydiyyatının aparılması;
  • Ödənişlər olduğu zaman onlarının qeydiyyatının daxili sistemdə aparılması;
  • Əsas vəsaitlərin uçotunun aparılması;
  • Daxil olan elektron qaimə fakturaların mühasibatlıq proqramına (S4HANA (SAP ERP) və ya 1C 8.3) əks etdirilməsi;
  • Müəssisənin illik büdcəsinin hazırlanması,
  • Büdcəyə uyğun xərclərə nəzarət (ümumi müəssisə və layihələr üzrə),
  • Həftə ərzində anbarın yoxlanılması;
  • Anbar sayımında iştirak etmək.
  • Bütün növ mühasibat əməliyyatlarının mühasibatlıq proqramına (S4HANA (SAP ERP) və ya 1C 8.3) daxil edilməsi;
  • İş və ya xidmətin maya dəyərinin hesablanması bacarığı, Bank çıxarışları ilə işləmə qabiliyyəti.
  • S4HANA (SAP ERP) – sərbəst işləmə bacarığı (xəzinədarlıq, reqlamentlədirilmiş uçot, Anbar, İstehsal, alış ,satış, büdcə və xərclərə nəzarət modullarını bilməsi üstünlükdür). Daima proqramda istifadəçilərin işinə nəzarət.

Tələblər:

  • Ali təhsil Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə);
  • ACCA F3, F7 sertifikatlarının olması (PMS Sertifikatı olanlara üstünlük veriləcək)
  • Mühasibatlıq sahəsində ən azı 5 il əmək stajı;
  • Kompüter bilikləri (xüsusi proqramlar): Microsoft Excel , Word; S4HANA (SAP ERP)
  • Əsas vəsaitlərin və inventarların idarə edilməsi haqqında anlayış;
  • İngilis dili – orta səviyyə,Türk dili-orta səviyyə;
  • Hesabat hazırlama bacarığı.
  • Neft və Qaz sahəsində minimum 3 il iş təcrübəsi olanlar üstünlükdür

İş rejimi və əmək haqqı:

  • Həftə içi 5 gün (saat 09:00-18:00)
  • İstirahət günləri: Şənbə və Bazar;
  • Əmək haqqı:  Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • Nahar təminatı;
  • Könüllü tibbi sığorta

Tələblərə cavab verən namizədlər CV formanı başlıq hissəsində “Maliyyə Hesabatlığı və Mühasibatlıq üzrə Mütəxəssis” qeyd olunmaqla [email protected] ünvanına yönləndirə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə