12.09.2024
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının qanunvericilik aktlarının eyni qaydada və düzgün tətbiq edilməsini, təşkilatın qanuni mənafeyini və hüquqlarının müdafiəsini təmin etmək;
- İdarədə kargüzarlıq işinin təşkili, sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə nəzarətdə iştirak etmək;
- Rəhbərliyin iclaslarının protokollarının hazırlanıb və aidiyyatı şöbələrə göndərilməsində iştirak etmək;
- Rəhbərlik tərəfindən keçirilən müşavirələr, iclaslar, rəsmi qəbul və görüşlərdə beynəlxalq təcrübəyə, milli adət-ənənələrə və ümumi qəbul olunmuş protokol qaydalarına əsaslanaraq protokol xidmətinin həyata keçirilməsində, qeyd edilən tədbirlərin keçirildiyi yerlərin hazırlanmasında iştirak etmək;
- Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
- Arxiv və sənədləşmə işinin qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmasına nəzarət etmək;
- Şöbənin iş planının, fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasını təmin etmək;
- İclas protokollarında qeyd olunan qərarların icra müddətlərinə nəzarət etmək;
- İdarənin rəhbərliyi tərəfindən keçirilən aylıq, rüblük, illik, iclasları təşkil edilməsini və öncədən müzakirəyə qoyulan məsələlərin rəhbərliyə təqdim edilməsini təmin etmək;
- Şöbə müdiri müvəqqəti olmadıqda onun səlahiyyətlərini icra etmək;
- Fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Vəzifəyə dair tələblər:
- Təhsil: Ali hüquq təhsili;
- Azərbaycan Respublikasının Konstitusiyasını bilməlidir;
- Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilməlidir;
- Mülki, mülki prosessual, inzibati xətalar, inzibai prosessual qanunvericiliyini bilməlidir;
- Korporativ hüququn əsaslarını və müqavilə hüququnu bilməlidir.
- Azərbaycan Respublikasının əmək qanunvericiliyini bilməlidir;
- İşgüzar yazışma əsaslarını bilməlidir;
- Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
- Azərbaycan dilini mükəmməl (yazılı və şifahi) bilməlidir;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir
; - Kompüter bilikləri üzrə: MS Office.
- İş təcrübəsi: Korporativ hüquq sahəsində 3 ildən az olmayaraq iş stajı;
Əlaqə maili: [email protected]
Son müraciət tarixi: 26.09.2024
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |