25 C
Baku
Monday, April 29, 2024

Maliyyə meneceri – Lankaran Springs & Wellness Resort

0
Maliyyə meneceri – Lankaran Springs & Wellness Resort
Lənkəran
08.01.2024

İş yeri: Lənkəran ray., Haftoni qəs.

Əsas öhdəliklər:

  • Bütün satış və satınalmaları, Əmək haqqlarının verilməsini və otelin xərclərini izləyir və təsdiq edir.
  • Şöbənin struktur vahidlərinin iş fəaliyyətini tənzimləyir və onlara nəzarət edir.
  • Aylıq olaraq maliyyə hesabatlarının (PL,BS,CF) hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir.
  • Şirkətin büdcəyə nəzarət hesabatlarının hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir
  • Həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını və müəssisənin öhdəliklərinə nəzarəti təmin edir
  • Daxili və xarici audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır və icrasını təmin edir.
  • Büdcə hesabatlarının hazırlanması, dəyişikliklərin edilməsi və şirkətin səlahiyyətli idarəetmə orqanlarına təqdim edilməsi təmin edir.
  • Büdcə məlumatları ilə faktiki maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir.
  • Mümkün maliyyə risklərinin təhlili və qarşısının alınması üçün təkliflərin verilməsini təmin edir.
  • Maliyyə ilə əlaqədar qərarlar qəbul etmək və ya qərarların verilməsi prosesində iştirak etmək
  • Otelin aktivlərinin təhlükəsizliyini təmin etmək məqsədilə daxili yoxlamalar təşkil edir və bu yoxlamalara nəzarət edir.
  • Şirkətin gəlir və xərclər hesabatının tərkibi barədə məlumatların hazırlanmasını və aidiyyatı şöbələr ilə aylıq olaraq müzakirələrin aparılmasını təmin edir
  • Aylıq, rüblük və illik olaraq Vergi bəyannamələrinin verilməsini təmin edir.
  • Digər şöbələrin fəaliyyətini dəyərləndirə bilmək və həmin şöbələrin fəaliyyətinin yaxşılaşdırılmasına öz töhfəsini verə bilmək məqsədilə şöbələrin toplantılarında iştirak edir

Namizəd üçün tələblər:

  • Maliyyə, Mühasibatlıq, Biznes və ya müvafiq sahədə bakalavr və ya magistr dərəcəsi
  • Oteldə müvafiq sahə üzrə minimum 3 il təcrübə.
  • MS Office (Word, Excell, 1C 8.3,Iscala) yaxşı bilmək.
  • Müştəri yönümlülük və güclü ünsiyyət bacarıqları.
  • Güclü analitik və problem həll etmə bacarığı.
  • Əməkdaşlıq və komandada işləmək bacarıqları.
  • PMS (MHBS üzrə) və Beynəlxalq Maliyyə və Mühasibatlıq sertifikatları üstünlükdü

Təklif edirik:

  • Tibbi sığorta (ailəsi ilə birgə )
  • Perspektiv və inkişaf
  • Bakıdan Lənkərana transfer
  • Yaşamaq üçün ev
  • İş qrafiki: 09:00- 18:00
  • Gündə 3 dəfə qidalanma
  • Tam rəsmi qeydiyyat

CV nümunələri “Maliyyə meneceri” başlığı ilə e-mail ünvanına gödərilməlidir.

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə