Sumqayıt
13.03.2024
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və zamanında əks etdirilməsini, dövriyyə-qalıq cədvəlindəki bütün hesabların və həmin hesablar üzrə əməliyyatların düzgünlüyünü və səlisliyini təmin etmək;
- Müvafiq proqramda dövrün bağlanması əməliyyatlarının zamanında və düzgün icrasını təmin etmək (iş və xidmətlərin maya dəyərinin hesablanması, xərclərin və gəlirlərin bağlanması, amortizasiyanın hesablanması və s.);
- Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Vergilərin və digər icbari hesabatların zamanında və düzgün hazırlanması və təqdim edilməsi, həmçinin müvafiq ödənişlərin hesablanması və ödənilməsinə nəzarət etmək;
- Müqavilələrin, təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
- Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
- Daxili və xarici audit, vergi yoxlaması və digər yoxlama qurumları tərəfindən təşkil edilən yoxlama və sorğularda iştirak etmək, sorğuların zamanında və düzgün cavablandırılmasını təmin etmək.
Namizədə olan tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür);
- Baş mühasib olaraq ən az 5 il iş təcrübəsi;
- Peşəkar mühasib sertifikatının olması üstünlükdür;
- MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
- Məsuliyyətli, diqqətcil, komandada işləmə bacarığı.
İş şəraiti:
- Ölkənin qabaqçıl və aktiv inkişaf edən Veliev MMC şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
- Qanunvericiliyə uyğun sənədləşdirmə
- Ə/h müsahibə əsasında, şəxsin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndirləcəkdir
- Davamlı karyera inkişafı
Ünvan: Sumqayıt şəhəri
Vakansiyaya müraciət üçün CV-nizi “Maliyyə Meneceri” mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Menecer |