21 C
Baku
Monday, April 29, 2024

İR üzrə mütəxəsiss – Qalaalti Hotel & Spa

0
İR üzrə mütəxəsiss – Qalaalti Hotel & Spa
Şabran
13.03.2024

Struktur:İR

Tabeçilik: İR üzrə menecer

Ünvan: Şabran şəhəri, Qalaalti Hotel & Spa

Tələblər:

  • Ali və ya orta ixtisas təhsil (İR üzrə, iqtisadiyyat (və ya iqtisadiyyatla bağlı digər sahələr), menecment);
  • Əla səviyyədə AR Əmək Məcəlləsini, əmək qanunvericiliyni;
  • İR-na aid olan normativ, metodik və digər rəhbər materialları;
  • ƏMAS, İSB, Məşğulluq və digər dövlət orqanları ilə işləməyi;
  • Kadrlarla bağlı sənədlərin rəsmiləşdirilməsi, aparılması və saxlanılması qaydalarını;
  • MS Office (excel biliyi çox vacibdir) proqramlarını;
  • İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını;
  • Hotel sahəsi İnsan Resursları üzrə minimum 2 il iş təcrübəsi;
  • Kadrlarla bağlı bütün məlumatları və hərəkətləri 1C 8.3. proqramında aparmaq;
  • Səlis Azərbaycan dili biliyi (rus, ingilis dilləri üstünlükdür)
  • Yaş həddi 25-35
  • Məsuliyyətli, problemi həlletmə;

Vəzifə öhdəlikləri:

  • ƏMAS sistemində əməliyyatların icra edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı;
  • Məlumat bazasının mütəmadi yenilənməsi;
  • Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı;
  • Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması;
  • Əmək kitabçalarında qeydlərin aparılması;
  • Məzuniyyət təqviminin hazırlanması və onun monitorinqi;
  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
  • Aylıq iş vaxtının uçot tabellərinin hazırlanması və təsdiqlənməsi;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
  • Əmək haqqı kartlarının sifarişinin verilməsi;
  • İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
  • Yeni kadrların aktiv şəkildə axtarılması və uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi;
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və sair sənədlərin rəsmiləşdirilməsi;
  • Əmək haqqı sənədlərinin (Tabel, Məzuniyyət cədvəlləri və sair) hazırlanması;
  • İşçilərin giriş-çıxışını xüsusi proqram vasitəsilə nəzarətdə saxlamaq və uyğunsuzluq aşkar etdikdə birbaşa rəhbərinə bildirmək;

Vəzifə üzrə əmək haqqı və təminatlar:

  • Əmək haqqı ştat cədvəlinə uyğun;
  • Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
  • PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
  • PMD Hospitality MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Tibbi sığorta;
  • Gündəlik 3 dəfə qidalanma;
  • Həftədə 4 dəfə Bakı şəhərinə gediş-gəliş üçün servis.

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə mütəxəssis” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR), Turizm və otelçilik