Bakı
23.11.2021
Şöbə: Maliyyə nəzarəti və vergi şöbəsi
Vəzifə öhdəlikləri:
- Müştəri və təchizatçılarla bağlı müqavilələrin yoxlanılması və komanda rəhbərinə təqdim edilməsi;
- Mühasibalıq əməliyyatlarının monitorinqinin həyata keçirilməsində komanda rəhbərinə dəstək göstərmək;
- İşçilərin əlavə iş vaxtına görə çəkilən şam yeməyi və nəqliyat xərclərinə nəzarətdə komanda rəhbərinə dəstək göstərmək;
- Korporativ səlahiyyətlərə nəzarətin həyata keçirilməsi və komanda rəhbərinə hesabatın təqdim edilməsi;
- Müəssisənin təqdim etdiyi hesabatların dövri olaraq yoxlanılması və yaranan kənarlaşmaların komanda rəhbərinə məruzə edilməsi;
- Layihələrin qiymətləndirilməsi zamanı maliyyə nəzarətinin həyata keçirilməsində dəstəyin göstərilməsi;
- Büdcədən düzgün qaydada istifadənin təmin edilməsində komanda rəhbərinə dəstəyin göstərilməsi;
- Maliyyə əməliyyatları üzrə risklərin mütəmadi olaraq izlənilməsi və komanda rəhbərinə məruzə edilməsi;
- Vergi və DSMF hesabatlarının hazırlanmasında komanda rəhbərinə dəstəyin göstərilməsi;
- Vergi və digər dövlət orqanları ilə yazışmaların aparılmasında dəstəyin göstərilməsi;
- Müəssisənin fəaliyyətində vergi optimallaşdılmasının aparılması üçün təkliflərin hazırlanmasında birbaşa iştirak;
- Müəssisənin ERP sistemində istənilən hesabatların çıxarılmasını təmin etmək;
- Rəhbərlik və komanda rəhbəri tərəfindən daxil olan növbədənkənar sorğuların vaxtında və dəqiq cavablandırılması
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Maliyyə və ya iqtisadiyyat yönümlü sahədə ali təhsilin olması arzuolunandır)
- Maliyyə əməliyyatlarının təhlilini həyata keçirmək bacarığı;
- AR Vergi Məcəlləsi ilə işləmək bacarığı;
- Tələb olunan tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
- Fərdi və komanda şəklində işləmək bacarığı;
- Yüksək ünsiyyət bacarıqları;
- Fərdi inkişafa açıq olmaq;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi ;
- Azərbaycan dili, rus və ya ingilis dili (sərbəst)
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə |