10 C
Baku
Wednesday, December 11, 2024

Maliyyə nəzarəti və vergi üzrə mütəxəssis – AzİnTelecom

0
Maliyyə nəzarəti və vergi üzrə mütəxəssis – AzİnTelecom
Bakı
23.11.2021

Şöbə: Maliyyə nəzarəti və vergi şöbəsi

Vəzifə öhdəlikləri:     

  • Müştəri və təchizatçılarla bağlı müqavilələrin yoxlanılması və komanda rəhbərinə təqdim edilməsi;
  • Mühasibalıq əməliyyatlarının monitorinqinin həyata keçirilməsində komanda rəhbərinə dəstək göstərmək;
  • İşçilərin əlavə iş vaxtına görə çəkilən şam yeməyi və nəqliyat xərclərinə nəzarətdə komanda rəhbərinə dəstək göstərmək;
  • Korporativ səlahiyyətlərə nəzarətin həyata keçirilməsi və komanda rəhbərinə hesabatın təqdim edilməsi;
  • Müəssisənin təqdim etdiyi hesabatların dövri olaraq yoxlanılması və yaranan kənarlaşmaların komanda rəhbərinə məruzə edilməsi;
  • Layihələrin qiymətləndirilməsi zamanı maliyyə nəzarətinin həyata keçirilməsində dəstəyin göstərilməsi;
  • Büdcədən düzgün qaydada istifadənin təmin edilməsində komanda rəhbərinə dəstəyin göstərilməsi;
  • Maliyyə əməliyyatları üzrə risklərin mütəmadi olaraq izlənilməsi və komanda rəhbərinə məruzə edilməsi;
  • Vergi və DSMF hesabatlarının hazırlanmasında komanda rəhbərinə dəstəyin göstərilməsi;
  • Vergi və digər dövlət orqanları ilə yazışmaların aparılmasında dəstəyin göstərilməsi;
  • Müəssisənin fəaliyyətində vergi optimallaşdılmasının aparılması üçün təkliflərin hazırlanmasında birbaşa iştirak;
  • Müəssisənin ERP sistemində istənilən hesabatların çıxarılmasını təmin etmək;
  • Rəhbərlik və komanda rəhbəri tərəfindən daxil olan növbədənkənar sorğuların vaxtında və dəqiq cavablandırılması

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (Maliyyə və ya iqtisadiyyat yönümlü sahədə ali təhsilin olması arzuolunandır)
  • Maliyyə əməliyyatlarının təhlilini həyata keçirmək bacarığı;
  • AR Vergi Məcəlləsi ilə işləmək bacarığı;
  • Tələb olunan tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
  • Fərdi və komanda şəklində işləmək bacarığı;
  • Yüksək ünsiyyət bacarıqları;
  • Fərdi inkişafa açıq olmaq;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi ;
  • Azərbaycan dili, rus və ya ingilis dili (sərbəst)

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.

 

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə