2 C
Baku
Saturday, December 14, 2024

Maliyyə şöbəsi Mütəxəssisi – Qarabağ Dirçəliş Fondu

0
Maliyyə şöbəsi Mütəxəssisi – Qarabağ Dirçəliş Fondu
Bakı
16.10.2023

Vakansiyanın təsviri

  • Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunu təmin etmək;
  • Elektron qaimə, hesab-faktura, üzləşmə və təhvil-təslim aktlarını hazırlamaq və daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət etmək;
  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılması tələb və təmin etmək;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində iştirak etmək;
  • Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatların proqram təminatında əks olunması və məbləğin hesablanmasını həyata keçirtmək;
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
  • Yanacağın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu və müxtəlif materialların anbardan buraxılması işini həyata keçirtmək;
  • Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması. Materialların keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması təmin etmək;
  • Anbarda qorunub saxlanlıan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərini və onların uçotunu aparmaq;
  • Maliyyə şöbəsində yarana biləcək digər tapşırıqların icrası;
  •  Şöbədaxili rotasiyə nəticəsində  digər vəzifələrin qismən icrasına hazır olmalı.
  • İş şəraiti: İş saatları – 09:00-dan – 18:00-dək.
  • Şənbə, bazar istirahət günləridir.
  • Əmək haqqı: Müsahibə zamanı əlavə məlumat veriləcək.

Xüsusi tələblər

  • Maliyyə, mühasibatlıq sahəsi üzrə ali təhsil.
  • PMS sertifikatı arzuolunandır.
  • Maliyyə və mühasibatlıq sahələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
  • Arzuolunan iş təcrübəsi – 3 il və ya daha artıq.
  • Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
  • MS Office proqramlarında işləmək bacarığı (xüsusilə Excel proqramını mükəmməl bilməli);
  • 1C – 8.3 mühasibatlıq proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Mühasibat uçotunun beynəlxalq standartları və Maliyyə hesabatlarının beynəlxalq standartlarını bilməli;
  • Mühasibatlıq, maliyyə analizi və hesabatlar sahəsində biliklərə sahib olmalı;
  • Sahə üzrə qanunvericiliyin tələblərini yüksək səviyyədə bilməli;
  • Stressə davamlı olmalı, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı;
  • Ünsiyyət, kommunikasiya və netvorkinq bacarığı;
  • Təşkilatçılıq və layihələri idarə etmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Təqdimat bacarıqları.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Dövlət qurumları