Bakı
11.03.2024
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının beynəlxalq standartlarının və AR qanunlarının Agentliyin maliyyə-təsərrüfat əməliyyatlarının uçotuna tətbiqində iştirak edir;
- Debitor və kreditorlarla aparılmış alqı-satqı əməliyyatlarının və ödənişlərin uçotuna nəzarət edir;
- İcra etdiyi vəzifələrə uyğun olaraq metodoloji sənədlərin hazırlanmasını həyata keçirir;
- Agentliyin mühasibat uçotunun uçot siyasətinə, AR qanunlarına və beynəlxalq standartlara uyğunluğunu yoxlayır;
- Agentliyin xərclər smetasının layihəsinin hazırlanmasınında iştirak edir və maliyyə vəsaitlərinin xərclər smetasına uyğun istifadəsini yoxlayır, kənarlaşmaları təhlil edir və təkliflər verir;
- Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Agentliyin maliyyə hesabat(lar)ını hazırlayır, audit zamanı zəruri sənədlərin və məlumatların kənar auditorlara verilməsini həyata keçirir;
- Fəaliyyət istiqamətləri üzrə hesabatlar hazırlayır, rəy və təkliflər verir, təhlillər və ümumiləşdirmələr aparır;
- Boşluqların aradan qaldırılması üçün tələbdən yaranan maliyyə təhlillərini aparır, ehtiyac yarandıqda müvafiq təlimatları hazırlayır;
- Hesabat və analizlər, eləcə də tapşırıqların gedişatı və nəticələri bərədə rəhbərini və aidiyyəti şəxsləri vaxtında məlumatlandırır;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Tələblər:
- Maliyyə, iqtisadiyyat, mühasibat ixtisasları üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzu olunandı)
- Maliyyə və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi
- Yaş həddi 25-40 aralığı;
- ACCA F3, F7 səviyyələrinin və ya ekvivalent dərəcələrinin müvəffəqiyyətlə tamamlanması
- Yüksək korporativ ünsiyyət bacarığı
- Yüksək səviyyədə Excel bilikləri
- 1C ilə iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili – səlis, rus və ingilis dilləri arzuolunandır
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Maliyyə şöbə – Böyük mütəxəssis) qeyd etməniz tələb olunur. Vakansiya üzrə müraciətin son tarix: 31 mart 2024-cü il
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə |