9 C
Baku
Friday, December 13, 2024

Maliyyə şöbəsinin mütəxəssisi – AzTrade MMC

0
Maliyyə şöbəsinin mütəxəssisi – AzTrade MMC
Bakı
25.07.2023
İş barədə məlumatAztrade MMC 2007-ci ildən etibarən Mondelez İnt., Hell Energy, Ferrero, JDE, Reckitt Benckiser,Food İmpire, Galina Blanka Foods, Konfitrade, Doshirak Rus, Kent, Hayat Kimya,Natura Siberica, Collistar şirkətlərin rəsmi distribyutoru

Vəzifə öhdəlikləri:
– Şirkətə daxil olan bütün qaimə fakturaların uçotu, təsdiqlərinin alınması üçün menecerlərə ünvanladırılması, hesabatının hazırlanması və proqram təminatında lazımı hesablarda uçotunun aparılması
– Qaimə faktura göndərən qarşı tərəflərlə üzləşmənin aparılması, qaimədən əvvəl təqdim olunan marketing xərclərinin hesabatlarının hazırlanması, qaimələrin düzəlişə və ya ləğvə göndərilməsinin səbələrinin araşdırılması
– Şəbəkələr və top maqazinlər üzrə həftəlik və aylıq əsasda qalıq borcları barədə hesabatların rəhbərliyə təqdim edilməsi
– Şəbəkələr üzrə gecikmiş qaimələrin siyahısının çıxarılması və aidiyyatı şəxslərə təqdim edilməsi
– Mənfəət-zərər hesabatının hazırlanması, onunla əlaqədar olaraq bütün işlək faylların hazırlanması (silinmələr, aksiyaların sayılması, vaxtı bitmiş mal hesabatı, kommersiya büdcələri), bütün müxabirləşmələrin proqramda tanıdılması
– Qida üzrə bütün portfellərin mal girişi zamanı büdcələrin hesablanması və proqramda maya dəyərlərinə əlavə edilməsi
– Qida üzrə bəzi portfellərin büdcə üzləşmələrinin aparılması, lazimi məlumatların hazırlanması
– Bəzi şəbəkələr üzrə ödəniş bölgüsünün hazırlanması və mühasibatlığa təqdim edilməsi
– Ödəniş üçün nəzərdə tutulan qaimələrin yığılaraq mühasibatlığa təqdim edilməsi
– Mağazalar üzrə vadə günlərinin rəhbərin göstərişinə əsasən azaldılıb-artıqılmasını həyata keçirmək
– ƏDV balans hesabının qalıqlarının təmizlənməsi, əvəzləşmə edilən məbləğlərin bağlanmasını proqramda həyata keçirmək
– Kreditor borclara nəzarət və proqramda qalıqlarının düzəldilməsinin həyata keçirilməsi
– Bank kredit faizlərinin hesablanması və portfellər üzrə bölgüsünün verilməsi hesabatı
– Paşa Həyat Sığortasına qoşulmuş əməkdaşların ödənişlərinin işlənilməsi və ümumi olaraq administrator funksiyasının icrasının həyata keçirilməsi
– Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni həyata keçirməlidir
– Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir
– Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır
– Struktur bölmə rəhbərinin həvalə etdiyi digər işləri yerinə yetirir
– İş saatı həftənin 5 iş günü 09:00-dan – 18:00-dək
– İş yeri Köroğlu metrosu tərəfində yerləşir

Namizədə tələblər– 1 C (8.3) müəssisə proqramında yüksək səviyyədə işləmək bacarığı
– Ali iqtisadi təhsil
– Maliyyə və Mühasibatlıq sahəsində 5 il iş təcrübəsi
– Mükəmməl səviyyədə Microsoft Office proqramları biliyi
– Azərbaycan və Rus dillərində sərbəst danışıq danışıq qabiliyyəti
– AR Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsinin tələblərini yaxşı səviyyədə bilməli və işində rəhbər tutmalıdır

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur

Əks təqdirdə müraciətinizə baxılmaya bilər

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə