12 C
Baku
Friday, May 17, 2024

Maliyyə üzrə mütəxəssis – Elm və Təhsil Nazirliyi

0
Maliyyə üzrə mütəxəssis – Elm və Təhsil Nazirliyi
Bakı
04.04.2024

Vakansiyanın təsviri

  •  Direktiv orqanlarından daxil olmuş qərar, sərəncam və əmrləri vaxtında icra etmək;
  •  İlkin uçot sənədlərinin və mühasibat registrlərini tərtib etmək;
  • Uçotun milli mühasibat uçotu standartlarına və dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün bu standartlara uyğun müəyyənləşdirilmiş hesablar planına uyğun aparmaq;
  • Müvafiq maliyyə hesabatlarını hazırlamaq
  • Daxil olan pul vəsaitlərinin, əsas vəsaitlərin uçotunu aparmaq;
  • Xərclər smetasını hazırlamaq və icra etmək;
  • Təsərrüfat, maliyyə fəaliyyəti üzrə bütün əməliyyatların uçotunu aparmaq və bu əməliyyatların uçotunun nəticələrini mövcud qaydada maliyyə və mühasibat hesabatlarında əks etdirmək;
  • Hesablaşmaları və ödəniş öhdəliklərini aparmaq, əmək haqqı fondunun sərf olunmasına, vəzifə maaşlarının təyin edilməsinə, pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilini təmin etmək.

 

Xüsusi tələblər

  • Ali təhsil : Maliyyə, Mühasibatlıq, Komputer elmləri, İqtisadiyyat (Magistr təhsili üstünlükdür);
  • Maliyyə sahəsində ən az 3 il təcrübə;
  • Ofis proqramları üzrə yüksək bacarıqlar;
  • Data analizi alətlərindən (RStudio, Tableau, Power BI, Python) istifadə;
  • Analitik və riyazi düşünmə qabiliyyəti.

Müraciət üçün: [email protected] (Mövzu hissəsində müraciət olunan vakansiyanın adının qeyd olunması mütləqdir)

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulmuşdur.

Son müraciət tarixi: 10.04.2024

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə