27 C
Baku
Monday, June 17, 2024

Maliyyə və İdarəetmə Hesabatı şöbəsinin Aparıcı Mütəxəssisi – Azerbaijan Airlines

0
Maliyyə və İdarəetmə Hesabatı şöbəsinin Aparıcı Mütəxəssisi – Azerbaijan Airlines
Bakı
19.12.2023

Vəzifə öhdəlikləri:
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq aylıq, rüblük, yarım illik, illik idarəetmə və maliyyə hesabatlarının hazırlanması və maliyyə təhlillərinin aparılması;
MHBS-yə əsasən hər bit struktur bölmə üzrə Maliyyə Hesabatlarının hazırlanması və təhlili. Müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflərin verilməsi;
Maliyyə hesabatlarının konsolidasiya edilməsi və konsolidə edilmiş illik maliyyə hesabatlarının kənar auditinin aparılması prosesində iştirak etmək, audit üçün tələb olunan məlumatların təqdim edilməsi;
Maliyyə və İdarəetmə hesabatları üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında iştirak etmək;
Hesabatlıq sisteminin inkişafı və maliyyə modellərinin qurulması prosesində iştirak etmək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq;
Mühasibatlığı nəzarətdə saxlamaqla, yarana biləcək uyğunsuzluqları aşkar edib, onları aradan qaldırmaq;
MHBS üzrə yenilikləri daim izləmək və Mühasibat uçotu siyasətində müvafiq dəyişiklikləri əks etdirmək.
Tələblər:
Təhsil: Ali Təhsil (Maliyyə/ Mühasibat uçotu/ İqtisadiyyat sahələri üzrə)
Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı;
Proqram bilikləri: Word, Excel, Outlook, PowerPoint – yüksək səviyyədə bilmək;
Sahə üzrə iş təcrübəsi minimum 3 il;
ACCA FA və FR sertifikatlarına sahib olmaq mütləqdir;
Analitik təhlil etmə bacarığı;
Prioritetin düzgün qurulması, eyni zamanda müxtəlif tapşırıqların icra edilməsi üzrə bacarıqlar;
Fikrini izah etmək qabiliyyəti;
Ünsiyyət qurmaq bacarığı;
İşə planlı yanaşması;
Komandada işləmək bacarığı.
İş rejimi: 5 günlük/ 09:00-18:00

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə