8 C
Baku
Thursday, December 12, 2024

Maliyyə və investisiyalar şöbəsinin müdiri –  Təhsilin İnkişafı Fondu

0
Maliyyə və investisiyalar şöbəsinin müdiri –  Təhsilin İnkişafı Fondu
Bakı
29.02.2024

 Təhsilin İnkişafı Fondu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir:

Maliyyə və investisiyalar şöbəsinin müdiri

Vəzifə öhdəlikləri:

  • Fondun ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasını təmin etmək və maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təşkil etmək;
  • Fondun illik büdcəsininin hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
  •  Fondun tərəfdaşlıq etdiyi qurumlarla bağlanan müqavilələrin, hesab-fakturaların və digər maliyyə sənədlərinin vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
  • Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə olunmasına, Fond tərəfindən aparılan hesablaşmaların və digər əməliyyatların, habelə öhdəliklərin icrasının düzgünlüyünə, pul vəsaitlərinin və maddi qiymətlilərin saxlanılmasına nəzarət etmək;
  • Daxili Audit layihələrinin nəticələrinə dair audit hesabatlarını hazırlanmasını təmin etmək;
  • İllik Daxili Audit planına uyğun və plandankənar audit layihələrinin planlaşdırılmasına və icrasına nəzarət etmək;
  • Fondun fəaliyyətinin yekunları üzrə əməliyyat uçotunu təşkil etmək;
  • 1C proqramında hesabat prinsiplərinə uyğun aylıq, kvartallıq və illik hesabat dövrlərini bağlamaq və Fondun hesabatlıq sistemini koordinasiya etmək;
  • Potensial investisiya imkanlarını, yeni maliyyə alətlərini təhlil edərək investisiya gəlirlərinin maksimallaşdırılması və risklərinin azaldılması istiqamətində işlərin aparılmasını təmin etmək;
  • Baş verən iqtisadi dəyişikliklərə dair məlumatlı olmaq və iqtisadi təhlillər apararaq investisiyə fəaliyyətini formalaşdırmaq;
  • Likvidliyin idarə edilməsi üzrə modelin hazırlanmasını və nəzarətini həyata keçirmək;
  • Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Tabeliyində çalışan əməkdaşları KPI-a əsasən qiymətləndirmək;
  • Tabeliyində çalışan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
  • İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (İqtisadiyyat, mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Azərbaycan və ingilis dilləri üzrə sərbəst danışıq və yazı qabiliyyəti (rus dili üzrə isə arzuolunandır);
  • Beynəlxalq maliyyə standartlarını bilmək (ACCA, CFA, CİMA və CİA sertrifikatlarından ən azı birinın olması mütləqdir);
  • MS Office və 1C 8.3 proqramlarında sərbəst işləmək bacarığı;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi və vergi məcəlləsini bilmək;
  • Maliyyə və ya investisiya sahəsi üzrə minimum 5 (beş) il iş təcrübəsinə malik olmaq;
  • Liderlik, komanda ilə işləmə, ünsiyyət və təqdimetmə bacarıqları;
  • Aidiyyatı qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması bacarığı;
  • Analitik düşünmə, gərgin iş rejimində işləmə, çevik qərar-vermə və problemi həll etmə bacarıqları;
  • Nizam-intizam qaydalarına riayət;
  • Komanda işi.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adı göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Son müraciət tarixi: 27.03.2024-cü il

İş qrafiki: 5 günlük (09:00-18:00)

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə