16 C
Baku
Thursday, April 25, 2024

Marketing mütəxəssisi (V210710-2) – Azərbaycan Dəmir Yolları QSC

0
Marketing mütəxəssisi (V210710-2) – Azərbaycan Dəmir Yolları QSC
Bakı
13.07.2021

Vakansiyanın adı: Mütəxəssis
Vakansiyanın kodu: V210710-2
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: Marketinq idarəsi, Biznesin inkişafı şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi 24

Tələb olunan təhsil istiqaməti/ixtisası:

– İqtisadiyyat;
– Marketinq;
– Riyaziyyat.

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 2 il

Tələb olunan komputer bilikləri:

– MS Word – sərbəst;
– MS Excel – sərbəst;
– MS Power Point – sərbəst;
– MS Power BI – yaxşı;
– R proqramlaşdırma dili – yaxşı.

Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst.

Vəzifə üzrə tələb olunan biliklər :

– Böyük məlumat bazaları və modelləşmə üsulları üzrə biliklər;
– Analitik alətlərin tətbiq edilməsi üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:
– Motivasiya;
– Komanda işi;
– Nəticəyönümlülük;
– Etibar yaratma;
– Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:
– Keyfiyyət yönümlülük;
– Analitik düşüncə;
– Məlumat əldə etmə.

Digər tələb və üstünlük göstəriciləri: Maşın öyrənmə və vizuallaşdırma sahəsi üzrə beynəlxalq sertifikatlar, nəqliyyat və logistika sahəsində təcrübə, həmçinin Python və ya Java proqramlaşdırma dilləri üzrə biliklər və rus dili biliyi arzuolunandır.

Vəzifə öhdəlikləri:

– Məlumatların fərqli mənbələrdən toplanması və məlumat bazasının formalaşdırılması;
– Toplanmış məlumatların təhlili, müxtəlif analitik hesabatların və təqdimatların hazırlanması;
– Proqnoz və digər biznes modellərinin ekonometrik üsullar ilə qurulması;
– Proqnoz nəticələrinin hesabatlarının effektiv vizuallaşdırma üsulları ilə hazırlanması;
– Tətbiq olunmuş modellərin optimallaşdırılması və təkmilləşdirilməsi;
– Məlumatların təhlili və biznes modellərinin nəticələri əsasında biznesin inkişafına dair təkliflərin hazırlanması.

Son müraciət tarixi: 26.07.2021
Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1386#vp

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları