1 C
Baku
Saturday, December 14, 2024

Marketinq, satış və müştəri təcrübəsinin öyrənilməsi üzrə Kiçik Marketinq mütəxəssisi – PAŞA Bank

0
Marketinq, satış və müştəri təcrübəsinin öyrənilməsi üzrə Kiçik Marketinq mütəxəssisi – PAŞA Bank
Bakı
31.03.2020

Vakansiya haqqında məlumat: 

PAŞA Bank öz Kiçik və Orta Sahibkarlıq Bankçılığı Departamentinə Marketinq, satış və müştəri təcrübəsinin öyrənilməsi üzrə Kiçik Marketinq mütəxəssisi axtarışındadır.

Vəzifə Öhdəlikləri:

• Rəqəmsal məhsulların inkişafı üzrə Bazar araşdırması (müştərilərin ehtiyacları, məmnuniyyəti, məhsul xüsusiyyətləri öyrənilməsi)
• Satış kanalları (əsasən rəqəmsal), rəqabət üstünlüyü, yeni müştərilərin ehtiyaclarını / seqmentlərini müəyyənləşdirmək. Müştəri tələblərini Məhsulun idarəetməsi ilə anlaması, müştəri ilə fokus qrupları daxil olmaqla bir başa əlaqə.
• Məhsulun dizaynının hazırlanması, rəqabətqabiliyətliliyinin və bazar üçün aktuallığının təhlili üzrə Rəqəmsal Müştəri Yolu komandasına dəstəkləmək

Öhdəliklər

• Potensial müştərilərin seqmentləri arasında rəqəmsal marketinq və digər satış kanallarının inkişaf etdirilməsi.
• Yeni müştəri seqmentlərinin / məhsul imkanlarının axtarışı. Müntəzəm tədqiqatların aparılması, rəqiblərin landşaftını və biznesin imkanlarını düzgün qiymətləndirmək üçün müştərilər və rəqiblərin təhlilini aparmaq və onlarla komunikasiya qurmaq.
• Müştərilərin potensial istəkləri/tələblərinin öyrənilməsi üçün onlarla müntəzəm görüşlərin keçirilməsi.
• İdeal müştəri profilinin müəyyən edilməsi və bütün əlaqə nöqtələrində müştəri təcrübəsindəki boşluqları müəyyən etmək “müştəri yolu” xəritəsinin yaradılması
• Keyfiyyətli tədqiqatların metodologiyasının anlaması: etnoqrafik, müsahibələr, erqonometrikliyin yoxlanılması (praktiki olaraq keyfiyyətin yoxlanılması tədqiqatları)
• Nəticələrin yüksəlməsi üçün rəqəmsal kampaniyaların optimizasiyası, SEO Optimizasiyası, keyfiyyətli əlaqə nöqtələrini yaratmaq və ən yaxşı təcrübələrə əsaslanaraq ümumi müştəri təcrübəsini yüksəltmək.
• Kampaniyanın inkişaf etdirilməsi – ödənişli rəqəmsal kampaniyalarının effektiv planlaşdırılması, icrası və optimallaşdırılması.
• Daxili və xarici aqentləri brif ilə təmin etmək və kreativ inkişaf üzrə proseslərin aparılması.
• Menecment üçün təqdimatlar və hesabatların hazırlanıb təqdim olunması

Tələb edilən bilik, bacarıq və təcrübə:

• Təhsil: Marketinq, Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
• Yüksək səviyyədə analitik və komunikasiya bacarıqları
• Kompüter bilikləri: Microsoft Office, Ads manager, Google analytics və digər Digital reklam alətləri ilə iş
• Biznes bankçılıq (satış, məhsul idarəetmə) sahəsində təcrübə – üstünlük verilir.
• Məlumat əldə etmə bacarığı – üstünlük verilir.
• Dil bacarıqları: Azərbaycan dili – əla, İngilis / Rus dili (orta)
• Bazar biliyi: Tələb olunur.
• Məlumatların idarə edilməsi və analitika
• Digər: Güclü ünsiyyət və konflikti həll etmək bacarığı, analitik təhlil, innovativ düşünmə qabiliyyəti və özünü inkişafı təbliğ etmək bacarığı.


Vəzifə tələblərinə cavab verən namizədlərdən müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi