34 C
Baku
Friday, July 12, 2024

Marketinq üzrə menecer – Libraff

0
Marketinq üzrə menecer – Libraff
Bakı
10.03.2023

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirmək, şirkət üçün uzunmüddətli inkişaf strategiyasını hazırlamaq;
  • Biznesin inkişafı istiqamətində bazarı daim təhlil etmək, rəqib şirkətlərin fəaliyyət strategiyasını izləmək;
  • Şirkətin hədəf auditoriyasını araşdırmaq;
  • Müştəri bazasını möhkəmləndirmək və genişləndirmək;
  • Şirkətin  (LIBRAFF və STORİES COFFEE üzrə) xidmət sistemini təkmilləşdirmək üçün təkliflər irəli sürmək;
  • Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində aylıq fəaliyyət planlarını hazırlamaq;
  • Filiallarda vizual dizayna nəzarət etmək, mağaza və kafe vitrinlərini, mağaza daxilini (interyeri) müştəri və şirkətin maraqlarına uyğun olaraq təkmilləşdirmək;
  • Marketinq komandasını idarə etmək;
  • Şirkətin tanıdılması istiqamətində fəaliyyət planını hazırlamaq;
  • Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlamaq;
  • Şirkətin hədəflərini, mövqeyini nəzərə almaqla SMM və PR strategiyasını müəyyən etmək, komandanı bu strategiyaya uyğun istiqamətləndirmək.

Əsas tələblər:

  • marketinq sahəsində rəhbər vəzifədə azı 3(üç) il iş təcrübəsi;
  • marketinq, menecment və yaxud yaxın sahə üzrə ali təhsil;
  • marketinqin əsasları üzrə bilik və bacarıqlar;
  • analiz etmək qabiliyyəti;
  • yüksək şifahi və yazılı komunikasiya bacarığı;
  • peşakar idarəetmə bacarığı;
  • düzgün planlaşdırma və vaxtını idarə etmə bacarığı;
  • kreativlik və yaradıcılıq

İş haqqında:

  • Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir,
  • İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C
  • Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur

Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını və məktubda minimal gözlənilən əmək haqqını qeyd etmək tövsiyyə olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Menecer